Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (10-11-2015, 12:11)
Azərbaycan bir neçə rayonu geri alır və Avrasiya İttifaqına üzv olur

Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da İrəvana etdiyi səfərə dair erməni mətbuatında bəzi iddialar yer alıb.

Mediatv.az xəbər verir ki, müxalifyönlü “Akakan jamanax” qəzeti Lavrovun səfərinin əsas məqsədinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında Rusiyanın başlatdığı kulisarxası proseslə bağlı olduğunu yazır.

“Söhbət Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılmasından gedir. Hakimiyyətə yaxın dairələrdən əldə edilən məlumata görə, Rusiya Ermənistanı bir neçə rayonu qaytarmağa razı salmağa çalışır. Bunun sayəsində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünə razılıq əldə etmək istəyir. Mənbələr qeyd edir ki, Rusiya xarici işlər nazirinin Ermənistana səfərinin məqsədi məhz bu idi”- deyə qəzet yazır.

“169 jam” qəzeti isə yazır ki, Rusiya xarici işlər nazirinin səfərinə dair ekspert çevrələrində bəzən bir-birin zidd fikirlər var.

“Lakin əsas versiya ondan ibarətdir ki, Lavrov hansısa ciddi missiya ilə gəlmişdi və Ermənistan rəhbərliyindən hansısa güzəşt qoparmaq istəyirdi”- deyə qəzet yazır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024