Gündəm (27-09-2015, 19:51)
Prezidentlər ilin sonunadək görüşəcəklər
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Qarabağ nizamlanması üçün iki ölkənin görüşünü təşkil eləməyi razılaşdırıb.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in saytında yerləşdirilən xəbərdə bildirilib. Qeyd edilib ki, Minsk Qrupu həmsədrləri iki ölkə xarici işlər nazirləri ilə sərhədyanı gərginliyi azaltmağa və qarşılıqlı etimadı möhkəmlətməyə yönəlik tədbirləri müzakirə ediblər.
“Nazirlər ilin sonundakı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlamağa razı olublar. Həmsədrlər prezidentləri sərhədyanı insidentlərin araşdırılması üzrə təklif elədikləri mexanizmi qəbul etməyə çağırıblar” – vasitəçilərin bəyanatında deyilir.
Məlumata görə, Ermənistan tərəfi bu mexanizmin detallarını müzakirə eləməyə hazır olduğunu bildirib.
“Biz Azərbaycanı da eyni addımı atmağa çağırırıq”, – deyə sənəddə qeyd olunur.