Gündəm / Karusel (18-08-2015, 12:44)
Jurnalisti döyənlərlə bağlı yeni faktlar məlum olub
Jurnalist Rasim ƏIiyevi döyən futbolçular - Camal Məmmədovun Elşən İsmayılovla yaxın olma səbəbinə aydınlıq gəlib.Hər 2 futbolçu Bakıxanov qəsəbə stadionu yaxınlığında yaşayırmış.
Sentyabrın 18-də 20 yaşını qeyd edəcək Camal Elşənlə yaşıddır. Üstəlik, onların ilk tanışlığı "İnter" klubunda olub. Belə ki, Camal "Rəvan"dan ayrıldıqdan sonra "İnter"in əvəzedicilərində hətta Elşənlə birgə Bolqarıstanda təlim-məşq toplanışında olub. Ancaq onların heç biri Bolqarıstandan qayıtdıqdan sonra komandaya götürülməyib. Belədə Camal karyerasını "İnter"in "kiçik qardaş"ı "Simurq"un 2-ci komandasında davam etdirməli olub. (qaynar.info)
Əldə etdiyimiz son məlumata görə, bu "ikili" I dəstədə eyni komandada oynamalı imiş. Belə ki, Camal "Turan Tovuz"dan ayrıldıqdan sonra "Qaradağ Lökbatan"a keçibmiş. Hətta onunla müqavilə də bağlanılıbmış. AZAL-dan ayrılan Elşən isə bu komandada baxışda imiş.
Ancaq göründüyü kimi, Elşən İsmayılovun öz çirkin əməllərinə Camalı da tovlayıb alət etməsi hər ikisinin futbolçu karyeralarını gənc yaşlarında başa vurmasına səbəb olub.