Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (7-08-2015, 11:26)
FHN-dən cəsədi tapılmayan gənclə bağlı - Açıqlama

FHN-dən cəsədi tapılmayan gənclə bağlı - Açıqlama

Fövqəladə Hallar Nazirliyi 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun Ceyranbatan su anbarında batması ilə bağlı mətbuatda yayılan xəbərlərə reaksiya verib. 

 

Nazirliyin yaydığı məlumata görə, 30 iyul 2015-ci il tarixində FHN-in “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən  hissəsində 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal həmin şəxsin axtarışına başlanılıb. Kanalın su axınının batan şəxsi Ceyranbatan su anbarına gətirməsi ehtimalını nəzərə alaraq, 1 avqust 2015-ci il tarixindən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışı anbarda davam etdiriblər. Göstərilən tarixdən bu günə kimi hər iki qurumun dalğıc-xilasediciləri fasiləsiz olaraq axtarış işlərini davam etdirirlər. Axtarış işlərinin gedişi və nəticəsi haqqında ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, V.Paşayevin ailəsi mətbuata açıqlama verərək Samur-Abşeron su kanalında bataraq itkin düşən oğullarının cəsədinin neçə gündür ki, tapılmamasından şikayət ediblər. Vüqarın atası Paşayev Rövşən isə aidiyyatı qurumları bu məsələdə məsuliyyətli bilərək içməli su kanalının nədən çəpərlənmədiyini, kanalın kənarında heç bir işarə, məlumat, qadağanın olmadığını bildirmiş və oğlunun səhlənkarlığın qurbanı olduğunu qeyd etmişdi. 

Mediatv.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024