Gündəm (18-07-2015, 18:04)
Gömrükdən önəmli bəyanat
Azərbaycan-Gürcüstan sərhəddində yerləşən "Sınıq Körpü" gömrük postunda yaranmış sıxlıq tam aradan qaldırılıb.
Bu barədə ANS PRESS Dövlət Gömrük Komitəsi (DGK) mətbuat xidmətindən bildirilib.
" Bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən gün səhər saatlarında Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində yaranmış nisbi sıxlıq dünən günün ikinci yarısından etibarən tam aradan qaldırılıb", - deyə açıqlamada bildirilib.
"Sınıq Körpü" gömrük postu
Dövlət Gömrük Komitəsi həm də bildirib ki, hazırda Azərbaycan-Gürcüstan sərhəddində heç bir sıxlıq müşahidə olunmur, nəqiyyat vasitələrinin, turistlərin və sərnişinlərin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir.
Dünən səhər saatlarından Azərbaycanla-Gürcüstan sərhəddindəki - Sınıq Körpü Buraxılış məntəsəqində sıxlıq müşahidə edilmişdi.
Mediatv.az