Separatçı "Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi" Azərbaycana, hərbi hava təlim vasitəsini vuracağı barədə hədələr edib, Ermənistan mediası yazır.
Təhdidlər Azərbaycanın Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin cəbhəboyu zonada uçuşlar keçirilməsi barədə məlumatından sonra yer akıb.
"Son vaxtlar, Azərbaycan Hava Qüvvələrinin təyyarələrinin cəbhə xəttinin 10-15 kilometrliyində təlim keçməsi yenə intensivləşib", Ermənistan mediası "DQR" rəsmisinə istinadən yazır.
""DQR-in hava müdafiə qüvvələri rəqibin təlim təyyarələrini vaxtında aşkarlayıb və onların uçuş yoluna yaxından nəzarət edir", separatçı rejimin bəyanatında deyilir.
"DQR Müdafiə Ordusunun komandanlığı" xəbərdarlıq edif ki, hava ərazisinə müdaxilə olarsa, "rəqibin hava hədəflərini ortadan qaldırmaq üçün bütün lazimi addımlar atılacaq".
Azərbaycanın Müdafiə Nazirliyi bildirib ki, təlimlərdə döyüş vəziyyətinə yaxın və şərti düşmən tərəfindən radioelektron maneələrin tətbiqi şəraitinə uyğun, düşmənin yerüstü, hava-hücumundan müdafiə qurğuları və digər hədəflərinə zərbə endirmək və quru qoşunları ilə qarşılıqlı əlaqədə fəaliyyət üzrə tapşırıqlar məşq edilir.
"Təlim-döyüş uçuşları müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən keçirilir", Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bundan əvvəl, Azərbaycan tərəfi bildirib ki, Ermənistanın iki dronunu vurub, hərçənd ki əks tərəf bu məlumatları təkziblə qarşılayıb.
Azərbaycan və Ermənistan arasında 90-ci illərin əvvəllərindən bəri Dağlıq Qarabağ və yeddi ətraf rayona görə münaqişə davam edir. Hadisəyə 1994-cü ildə bu ərazilərin etnik ermənilərin nəzarəti altına keçməklə Ermənistan və Azərbaycan arasında atəşkəslə ara verilib. BMT kimi beynəlxalq təşkilatlar adı çəkilən əraziləri Azərbaycan ərazisi kimi tanıyır.
Mediatv.az