Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (26-03-2014, 11:11)
Rusiya Qarabağa müdaxilə edəcək?

"The Washington Post" regional münaqişə ocaqlarından yazıb

 

Nüfuzlu mətbu orqanı "The Washington Post"da regionda mövcud olan münaqişələr haqda məqalə dərc edilib. ANS PRESS-in məlumatına görə, dərc edilmiş məqalənin müəllifi beynəlxalq siyasət üzrə jutnalist Adam Teylordur. 
Məqalədə qeyd edilir ki, Rusiyanın Krımı zəbt etməsi unudulmuş bir həqiqəti aşkar edir: "Dünyada çox "boz zona" var və bu mübahisəli regionlar həyəcana səbəb olur. Çünki onların həll olunmamış statusu tez-tez münaqişə üçün qığılcım olur. İndi aydın olur ki, Krım Rusiyanın bir hissəsidir. Yeni "boz zona" isə qəzetlərin başlıqlarında yer alır. Bütün diqqət indi Ukraynaya yönəldilib. Bunu ABŞ-ın Hərbi Hava Qüvvələrlərinin generalı Filip Bridlav bildirib. O qeyd edib ki, Dnestryanı da yaxın vaxtlarda qaynar nöqtə ola bilər.
Dnestryanı yalnız Sovet İttifaqının dağılmasından sonra qalmış bir neçə "boz zona"dan biridir. Digər qaynar nöqtələr isə 1993-cü ildə Gürcüstandan qopmuş Abxaziya və Cənubi Osetiyadır. 1992-ci ildən başlayan bu münaqişə 2008-ci ildə Rusiya və Gürcüstan arasında qısa müharibəyə səbəb oldu. Dağlıq Qarabağ Azərbaycanın etirazlarına baxmayaraq 1994-cü ildən ermənilərin nəzarəti altındadır. Ermənistanda 102-ci Rusiya hərbi bazasının olması da çox şeydən xəbər verir. 
Bu regionda gərginlik neçə illərdir ki, qalır.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024