Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm / Karusel (26-03-2014, 10:25)
Ukraynalı oliqarx Eynulla Fətullayevin saytını bağlatdırır?

Ukraynalı oliqarx Eynulla Fətullayevin saytını bağlatdırır?

Ukraynalı oliqarx, “System Capital Management” maliyyə-sənaye qrupunun əsas səhmdarı, kölgə iqtisadiyyatı kralı Rinat Axmetov bu gün haqqin.az saytının redaksiyasına məktub göndərərək bu nəşrə qarşı iddialarını irəli sürüb. 

“Mediatv.az” Virtualaz.org-a istinadən bildirir ki, ukraynalı oliqarxın vəkilləri haqqin.az saytından adıçəkilən elektron nəşrdə az əvvəl dərc edilmiş “Амбиции Путина или где Россия устроит новый Крым?” (“Putinin ambisiyaları, yaxud Rusiya yeni Krımı harada yaradır?”) başlıqlı yazını portaldan çıxarmağı tələb edib. R.Axmetov həmin məqalədə tənqid olunub.

Cənab R.Axmetovun fikrincə, məqalə böhtan xarakterlidir, üstəlik dünyanın aparıcı nəşrləri (“Daily Mail”, “Le Figaro”, “Kyiv Post”, “Neue Züricher Zeitung”, “MSN Canada”, “Newsweek Polska”) bu məqaləyə istinadən xəbərlər yayıblar. Vəkillər bildiriblər ki, onların müdaxiləsindən sonra həmin nəşrlər bu məqaləni saytlarından yığışdırıblar.

R.Axmetovun tələbinin birinci hissəsi təəccüb doğurmur. Çünki o, bilavasitə özünə və fəaliyyətinə dair bu və ya digər informasiyanı təkzib etmək hüququna malikdir. Oliqarxın tələbinin ikinci hissəsi isə adamı şoka salır. Çünki iddiaçı hostinq-provayderdən “haqqin.az saytında Rinat Axmetov barədə gələcəkdə hər hansı məqalə dərc olunmasının qarşısını almağı” tələb edir. Özü də bunu hər hansı məhkəmə qərarı olmadan tələb edir!

Sual yaranır: hostinq-provayder bu və ya digər materialın böhtan xarakterli olduğunu necə müəyyən edəcək? Hostinq-provayder nə vaxtdan məhkəmədir, hakimdir?

Haqqin.az saytının təsisçisi və baş redaktoru Eynulla Fətullayev ukraynalı oliqarxın iddiasını virtualaz.org saytına şərh edərkən bildirib ki, R.Axmetovun bu tələbinin analoqu yoxdur, izahsızdır və Avropa Konvensiyası ilə təsbit olunmuş söz və ifadə azadlığı prinsiplərinin pozulmasıdır: “Jurnalistə yazmağı, bu və ya digər oliqarxı tənqid etməyi  necə qadağan etmək olar? Sayta texniki yardım göstərən hostinq-provayder bu və ya digər analitik yazının böhtan olduğunu necə müəyyən edə bilər? Bu, nə hüquqi savadsızlıqdır? Mən bütün dünyada tanınan bir oliqarxdan hüquqa və siyasi azadlıqlara bu cür münasibət gözləmirdim”.

Fətullayevin sözlərinə görə, R.Axmetovun bu iddiası ilə bağlı son qərarı vəziyyəti müfəssəl şəkildə öyrənəndən sonra hüquqşünaslarla məsləhətləşib verəcək: “Qərb nəşrlərinin həmin məqaləni saytlarında çıxarması o demək deyil ki, biz də belə edəcəyik. Doğrudur, biz Ukraynanın bu cür qüdrətli oliqarxı ilə üz-üzə gəlmək istəmirdik. Amma oldu. Vəkillərlə məsləhətləşib son qərarımızı verəcəyik”.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024