Gündəm (9-07-2015, 14:54)
AMEA işçisi haqqında yazılanlara reaksiya verdi
“Onlar məndən başqa sual soruşub sayta təhrif edilmiş mövqe veriblər”
Mediatv.az xəbər verir ki, Yeni Müsavat qəzetinin 8 iyul tarixli buraxılışında “AMEA işçisindən Allah adına gülünc fikirlər” başlıqlı yazı dərc edilib. Yazıda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov “Dünyadakı zəlzələlərin və kataklizmaların səbəbi cins şalvar geyinən qadınlardır”- deyən “Taliban” ideoloqu Fəzlur Rəhmanın fikirlərini dəstəklədiyindən bəhs olunur. Bu barədə reaksiya.az-a danışan azərbaycanlı ilahiyyatçı bildirib ki, dünyadakı təbii fəlakətlər və kataklizmlərə qadınların açıq-saçıq geyinməsi, şəriət qaydalarına əməl etməməsi, yüngül həyat tərzi səbəb olur: “Görürsünüz ki, son zamanlarda qadınlar daha açıq-saçıq geyinir, əxlaqsızlıq, fahişəlik artır. Bu da dünyada fəlakətlərin artmasına səbəb olur. Əgər kişi qısqancdırsa, Allah daha çox qısqancdır. Bütün təbii fəlakətlər də məhz buna görə baş verir”.
Biz də Ə.Həsənovun reaksiya.az saytına verdiyi fikirləri olduğu kimi verərək ilahiyyatçı Bəhruz Camalın məsələ ilə bağlı fikirlərini almışıq.
Yazı dərc edildikdən sonra haqqında söhbət gedən Əkrəm Həsənov bizimlə əlaqə saxlayaraq yazının təkzib edilməsini tələb edib. O, reaksiya.az saytının onun fikirlərini təhrif etdiyini və "Yeni Müsavat" qəzetinin də həmin təhrif edilmiş fikirlərdən istifadə etdiyini bildirərək açıqlama verib: “Məsələnin əsli reaksiya.az saytının jurnalisti ilə olan söhbətimdə verilib və özümdə həmin jurnalistlə danışdığım səsyazma da vardır. Onunla danışığımda mən belə ifadələr işlətməmişəm və onlar məndən başqa sual soruşub sayta təhrif edilmiş mövqe veriblər. Siz də bunu hansısa saytdan təhrif edərək götürmüş və haqqımda mövqeyim olmayan ittihamı səsləndirmisiniz. Haqqımda yazdığınız qərəzli yazının təhrif olunmasını bir neçə ay əvvəl mən reaksiya.az saytında açıqlama kimi vermişəm. Belə ki, reaksiya.az saytında 10 İyun 2015-ci il, saat 14:34 tarixində “Allahın qısqanması barəsində mənə deyilən böhtana cavab” adlı köşə yazısı yazmışam və bu xəbərin haqqımda qərəzli olduğunu bildirmişəm. Reaksiya.az saytı mövqeyimi konteksdən kənar verib, təhrif edib, qəsdən belə ediblər ki, insanlar elə başa düşsün. Dediklərimin nə demək olduğunu doğru şəkildə başa düşən düşüb. Təsəvvür edin 3 dəqiqədən çox dediyim sözlərdən cəmi 3 cümlə yazıblar. Onu da təhrif edərək saytda veriblər. Əsas demək istədiyim məğzi başqa istiqamətə aparıblar. Qadınlar açıq-saçıq, mini yubka geyinəndə istər-istəməz insanlar onlara baxır, meyl edirlər. Yəni günaha meyl edirlər. İstər-stəməz kişilər onlara meyl edir və bu günah qapılarını açır, çoxlu fahişəlik yayılır, pozğunluq artır. Bu da cəmiyyətin fəsadına gətirib çıxarır. Buna görə də islam dini bunun qarşısını kəsir. Bu məsələdə islam dini çox sərtdir. Yəni insanlara qaydalara uyğun, Allahın istədiyi kimi yaşamağı tövsiyə edir. Amma insanlar etməyəndə, xaos yaranır, hər cür fəlakətlər baş verir. Həmin yaşanan yerə bəlalar gəlir. Sonra jurnalist mənim sözümü kəsərək bildirdi ki, üzr istəyirəm, mən belə başa düşdüm ki, siz deyirsiniz ki, doğrudan da təbii fəlakətlər, yerdə-göydə baş verən zəlzələlər, tufanlar hamısı... dedikdə, dedim, bəli, bunlar hamısı insanların günahlarına görə, qadınların açıq-saçıq geyinməsinə görə baş verir. Yəni bu da bir səbəb ola bilər. Çünki Allah-təala ən qısqanc olandır. Kişilər nə qədər qısqancdırsa, bütün peyğəmbərlər həmin kişilərdən də qısqancdır və Allah Təala onlardan da qısqancdır. Yəni, Peyğəmbərimiz buyurub ki, mən sizdən qısqancam, ancaq Allah-təala məndən də qısqancdır. Yəni Allahın qısqanması da Allahın əmrinə riayət etməyən, örtünməyən qadınlara bu dünyada başına bir bəla gəlməsidir. Yaxud da ümumi olsa ümumi bir fəlakət gəlməsi bu nöqteyi-nəzərdən olur. Ona görə də insan günahlardan çəkinməlidir. Hamimiz bilirik ki, Allah qadın qulunu insan kimi yox, onu qorumaq üçün qısqanır ki, açıq-saçıq gəzməsin. Məhz buna görə Qurani Kərimdə hicabla bağlı ayələr vardır. Bununla bağlı kifayət qədər də hədislər var. Təəssüf ki, qərəzli media xəbərinin oxunması üçün elə verib ki, insanların da dediyim məsələni yanlış anlamasına səbəb olublar. Səsyazmalar məndə var”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024