Gündəm (26-05-2015, 10:39)
Fazil Məmmədovun şirkəti yanmaz üzlüklər istehsal edəcək
“Synergy Group”un şirkəti olan “Azerbaican Fibro Cement” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində müasir texnologiya ilə müxtəlif rənglərdə və çeşiddə fibro-sement (lifli sement) lövhələrin istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 6 milyon kvadratmetr fasad üçün düz lövhələr və dam örtükləri istehsal edən zavod inşa ediləcək.
Mediatv.az xəbər verir ki, “Synergy Group” ASC-nin biznesin inkişaf üzrə meneceri Əvəz Quliyev bildirib ki, fibro-sement yanmazdır və yüksək temperaturda deformasiyaya uğramır: “Soruşa bilərsiz, nə üçün fibro-sement” Fibro-sement lövhələr insan sağlamlığına və ətraf mühitə zərəri olmayan, su və nəmişlik keçirməyən, dayanıqlı, uzunömürlü, yanğına qarşı müqavimətli, yüngül, dekorativ, istilik və səs izolyasiyası xüsusiyyətinə malik tikinti materialıdır. Fibro- sement yanmazdır və yüksək temperaturda deformasiyaya uğramır. Avropa standartları yanmazlığa görə fibro- sementi A1 sinfinə aid edir. Bəzi hallarda fibro-sementlə hətta qızdırıcı sobaları da üzləyirlər”.
Qeyd edək ki, “Synergy Group” şirkətinin vergilər naziri Fazil Məmmədova məxsus olduğu deyilir.