Gündəm (2-02-2014, 19:04)
Səhiyyə Nazirliyinin məlumatlandırmaq “qorxusu”
Nazirliyin “işi” “viruslu şpris”dən də çox narahatlıq doğurur
Bir neçə ay əvvəl yayılmış xəbər vardı. Bu günlərdə yenidən şaiyə xarakterli xəbər camaatı narahat etməyə başladı. Şəhərdə ən qorxulu xəstəlik olan QİÇS ( qanda immunçatışmazlığı sindromu) qurbanları gəzir, gizlincə HİV(ağır xəstəlik bu virusla ötürülür) viruslu şprisləri başqalarına batırırlar. Bu qəbildən xəbərlər və ya həqiqətlər xəstəlik dünyaya məlum olduqdan bəri mövcuddur. Bir çox ölkədə xəstəliyə yaxalanmış insanlar belə aqressiv və qisas xarakterli addımlarla təsəlli tapmağa çalışırlar. Təcrübə onu göstərir ki, bir çox ölkədə bizimkilərin qulaqardına vurduğu məsələ ciddi qarşılanır və müvafiq tədbirlər görülür. Bəs bizdə? Bunun cavabını bilsənizdə, məsələyə bir az da aydınlıq gətirmək yerinə düşər. “Qafqazinfo” olaraq, məsələylə bağlı kiçik araşdırma aparmışam.
Səhiyyə Nazirliyi, vecinizə deyil, heç olmazsa, qoyun, biz işləyək
Bir neçə gündür ki, məsələylə bağlı ən azı nazirliyin, yaxud müvafiq qurum olan QİÇS-lə Mübarizə Milli Mərkəzinin açıqlamasını gözləyirik.
Hər halda istənilən məsələ gündəmə gələndə onun nə dərəcədə real olduğuna baxmayaraq vətəndaşların narahatçılığı nəzərə alınmalıdır. Başqa sözlə, dövlət qurumları dərhal məlumat yaymalıdırlar. Təkcə kütləvi informasiya vasitələrinin səyi nəticəsində bir-iki yerdə nazirliyin “dilindən” açıqlamayabənzər xəbərlər yayılıb. O da ki, hamısı bir ağızla yayılan xəbərə şaiyə qiymətini veriblər. Bəs şaiyəni yayanlar kimlərdir? Məsələnin bu tərəfi isə ümumiyyətlə, heç kimi maraqlandırmır. Halbuki, bir daha vurğulayıram, qəsdən xəstəliyə yoluxdurma halları fakt kimi var, həmişə də olub.
Məsələylə bağlı, QİÇS-lə Mübarizə Milli Mərkəzinə dəfələrlə müraciət etdim. Oradan dedilər ki, Səhiyyə Nazirliyinin icazəsi olmadan ağzımızdan bir söz də çıxara bilmərik. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin telefonu isə cavab vermir, ya məşğuldur, ya da heç bu qəbildən zəngləri qəbul etmir. Bəli, Anar Qədirli o kəsdir ki, son vaxtlar onun səriştəsizliyindən cana gəlmiş jurnalistlər mətbuat katibinin vəzifəsindən azad oldunduğunu yaymışdılar. Bəlkə də, işinin öhdəsindən gəlməyən Anar müəllimi elə öz həmkarları “taxtından salacaq”. Nə isə. Nəticədə nazirliyin izni olmadan QİÇS-lə Mübarizə Milli Mərkəzinin direktoru Esmira xanıma ünvanlayacağım suallarıma cavab tapmadım. Onu başa düşmədim ki, qurumun adındakı “mübarizə” və “milli” kəlmələri hansı mənsəbə qulluq edir. Fikrimcə, mübarizə edən dövlət qurumu hər fürsətdə ona sual ünvanlayan, insanların maarifləndirilməsinə xidmət edən jurnalistlərin istəyini qiymətləndirməlidir. Əvəzində, mərkəz təkcə ilin bir günü dekabrın 1-i Beynəlxalq AİDS-lə(QİÇS-in ingiliscədə, beynəlxalq adı) Mübarizə günündə illik hesabatla işini bitmiş bilir. Çoxalmaqda olan xəstələrin sayını deyəndə, elə bil “qürurlanır”. Narkomaniyanın baş alıb getdiyi(HİV virusunun yayılmasında narkomanların işi 60% təşkil edir) ölkədə, xəstəliyi bir tərəfdən diş kabinetləri, qadın salonları yayır, bir tərəfdən də yüngül həyat keçirən qadın və kişilər. Nəzarətsizlik isə əndazədən çıxıb.
Qeyd edim ki, ötən ilin hesabatına görə Azərbaycanda QİÇS qurbanlarının sayı 4235 nəfərdir. Bu yalnız rəsmi statistikadır. Xəstəlin HİV virusu ilə yoluxması və hər virusa yaxalananın ölməyəciyini çoxluqla bilən yoxdur. Təəssüf ki, hələ də bəziləri viruslu qanı kiminsə içkisinə qatmaqla yoluxduracağını düşünür.
Qanun var, amma cəzalanın yoxdur
QİÇS-li xəstələrə “nəzarət”in nə yerdə olduğunu bildiyim halda bir vacib məqamı da qeyd etmək istəyərdim. Xəstəliyin yayılmasında rol oynayan insanların məsuliyyətə cəlb edilməsi məsələsi də var.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 140-cı maddəsində bu barədə konkret qeydlər öz əksini tapıb. Belə ki, HİV virusuna yoluxma təhlükəsi yaradanlara (təqsirlilik dərəcəsinə görə)2 ilədək müddətdə icbari işlər, və ya 2 ilədək azadlığın məhdudlaşdırılması, yaxud 1 ilədək azadlıqdan məhrumolma cəzaları mövcuddur.
Qəsdən yoluxduranlara isə sonuncu qanunvericiliyə görə, 5-8 ilədək azadlıqdan məhrumolma cəzası tətbiq oluna bilər. Kaş qanunlar mükəmməl olunca, ortada iş görərdik.
“Virus qardaşlığı”. Buna nə deyirsiz?
Bu arada sizə QİÇS-lə bağlı maraqlı məlumat vermək istəyərdim.
Dünya bu qorxulu xəstəliklə mübarizəyə kökləndiyi halda, baxın Avropada nə hoqqabazlıqlar olur. Belə ki, bir qrup insanlar xəstəlikdən qorunmaq əvəzinə, ona yoluxmaq arzusundadırlar. Bunun üçün xüsusi məclislər, əyləncə gecələri təşkil olunur. Oraya isə ayrı-ayrı məqsədli insanlar toplaşır. Məclis “virus ovu” (bug chasing), virusunu “hədiyyə “edənlər isə “lift giving” qrupu elan olunurlar. Əvvəlcə şənlik keçirilir. Sonra isə viruslu tərəf cinsi yolla “təmiz” insanı yoluxdurur. Tərəfdaşın seçilməsi püşkatma və ya könüllü seçimlə ola bilər. Yaxud “rus ruletkası” oyunu ilə qurbanlar seçilir. Seçilən tərəfdaş xəstə ola a bilər, olmaya da. Güman edilir ki, bu dəlisov, iyrənc mərasimlərin ideya müəllifləri mavilərin vətəni olan Hollandiyadan çıxıb. Hətta ABŞ-ın bir çox ştatında da dəbə minmiş belə mərasimlərdə iki cəhətdən özünü bədbəxt etmiş həm narkoman, həm də AİDS-li xəstələr də iştirak edir və onlar da yoluxdurma “məharətini” istifadə etdikləri şprislə sərgiləyirlər. ABŞ polisinin əlində bununla bağlı faktlar da var. Ancaq ölkənin qanunları bu vəziyyəti kriminaloji cəhətdən qiymətləndirməyə imkan vermir. Buna yalnız mazaxizmin bir forması kimi baxılır. İnsanın hansı halında olarkən könüllü olaraq orqanizminə müxtəlif yolla bu virusu bulaşdırması və özünə “ölüm möhürü” vurdurması maraqlıdır. Yəqin tədricən intihara bənzəyən bu yolu seçənlər həyatda yaşamaq missiyasını bitirmiş, psixoloji cəhətdən çökmüş insanlardır. Maraqlı orasındadır ki, hətta internet yolu ilə virus ovuna çıxanlar və ya virusunu hədiyyə vermək kimi dəlisov elanetmə məqamları da var. Araşdırmadan məlum olur ki, bu qəbildən olanlar davranışlarına haqq da qazandırırlar. Bir qismi könüllü yoluxmaqla xəstə insanlarla eyni vəziyyətə düşməyi dəstək hesab edir. Bəziləri həyata marağının azaldığını və ya adrenalin xətrinə bu addımı atdığını bəyan edir. Bir qrupu isə cəsarətini sübut etmək, ya da ictimai yerlərdə imtiyaz, güzəştlər əldə etmək üçün başqa sözlə “yazıq” vəziyyətinə düşmək üçün HİV-i orqanizmlərinə “dəvət edir”. Hətta bu gün də iqtisadı böhrandan başı açılmayan ölkələrdə dövlətdən yardım almaq üçün özünü qəsdən bu virusla yoluxduranlar meydana gəlib və bu düşüncəsiz addımı daha çox gənclər atır. Bütün hallarda könüllü yoluxan və yoluxduranlar vəhşi təbiətdə yaşayan dördayaqlılardan heç nə ilə fərqlənmir. Bu sadəcə insanlığa zərbə vuran terrorabənzər hadisədir.
Dünyanın işinə bax ki, insanları həyata qaytarmaq üçün qanını əsirgəməyən insanın “qan qardaşlığı”, indi onları öldürəcək “virus qardaşlığı”na çevrilib. Deyəsən, dünyamız finala yaxınlaşır...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024