Gündəm (15-04-2015, 15:17)
Azərbaycan məmurları və siyasətçiləri öz gəlirlərini niyə ictimaiyyətə açıqlamırlar?
Vahid Əhmədov: “Bu sual Azərbaycan hökümətinə ünvanlanmalıdır”
İqbal Ağazadə: “Azərbaycanda hec gəlir deklarasiyası haqqında qanun yoxdur”
Bu gün Rusiya prezidenti Vladimir Putin və Rusiya Nazirlər Kabinetinin üzvləri ötən il üçün öz gəlirlərini açıqladılar. Daha əvvəl isə ABŞ prezidenti Barak Obama gəlir bəyannəaməsini açıqlamışdı və məlum olmuşdu ki, dünyanın bir nömrəli dövlətinin rəhbəri ötən il 477 min dollar qazanıb və 93 min dollar vergi ödəyib.
Azərbaycanda isə 2005-ci ildə prezident İlham Əliyev gəlir bəyannaməsi haqda qanun imzalayıb. Qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə gəlirləri barədə məlumat verməlidir. Qanun imzalanandan sonra prezident Nazirlər Kabinetinə bəyannamə forması hazırlamağa 3 ay vaxt ayırsa da, aradan keçən on il müddətində bəyannamə formasının hazırlanması müşkülə dönüb.
Onu da deyək ki, Azərbaycanda hələ də məmurların və siyasətçilərin gəlir deklarasiyasının açıqlanmamsı ölkədə qeyri-şəffaf şəraitin hökm sürməsinə səbəb olur. Azərbaycanda son dəfə öz gəlir bəyannəaməsini açıqlayan dövlət rəsmisi prezident İlham Əliyev olub və prezident 2013-cü il seçkilərində öz gəlirləri barədə Azərbaycan ictimaiyyətini məlumatlandırıb.
Başqa heç bir məmur, dövlət rəsmisi və heç bir siyasətçt öz gəlirləri barədə ictimaiyyəti məlumatlandırmayıb. Azərbaycan məmurları, dövlət rəsmiləri və siyasətçiləri üçün öz qazancları haqda məlumatı ictimaiyyətlə bölüşmək bu qədər çətindir? Bu məsələ niyə öz həllini tapmır? Millət vəkilləri gəlir deklarasiyası haqqında qanunun Milli Məclisdə müzakirəsinin tərəfdarıdılarmı?
Bu məsələyə aydınlıq gətirmək üçün PİA.AZ-ın əməkdaşı Milli Məclisin bir neçə üzvünə ünvanlayıb. Çox təəsüflə qeyd etməliyik ki, bəzi deputatlar sualları cavablandırmaqdan yayındılar. Ancaq İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov və Ümid Partiyasının sədri İqbal Ağazadə suallarımızı cavablandırdılar. Hər iki millət vəkilinin mövqeyini oxucularımızın diqqətinə çatdırırıq:
Vahid Əhmədov: “Milli Məclisdə bu məsələ çox qaldırılıb, çox müzakirə çıxarılıb, amma bu artıq Milli Məclisin məsələsi deyil”
“Bu qanun 2005-cı ildə qəbul olunub. Qanuna uyğun olaraq da dövlət başçısı sərəncam verib. Sərəcama da uyğun olaraq Azərbaycan höküməti qərar qəbul etməlidi. Qərara uyğun olaraq gəlir deklarasiyasının forması, mexanizmi, hara necə verilməsi, hansı maddələrin orda göstərilməsi və s. öz əksini tapmalıdı. Hələllik bu qərar layihəsi yoxdu. Buna görə o barədə mən heç nə deyə bilmərəm. Çünki bu sual Azərbaycan hökümətinə ünvanlanmalıdı. Milli Məclisdə bu məsələ çox qaldırılıb, çox müzakirə çıxarılıb, amma bu artıq Milli Məclisin məsələsi deyil. Ona görə ki, Milli Məclis qanunu qəbul edir”.
Millət vəkili Vahid Əhmədovun fikrinə görə gəlir deklarasiyasının açıqlanmamsı ölkədə korrupsiyanın inkişafına nə qədər təsir göstərməsin demək çətindi:
“Onu demək olmaz gəlir deklarasiyasının açıqlanmamsı ölkədə korrupsiyanın inkişafına nə qədər təsir göstərir. Biz hətta kapital amnistiyası təklifini irəli sürdük. Yəni kapitalı olan insanlar sabah problem yaratmasınlar, vəsaitlərin gizlətməsinlər və s. İlk növbədə kapitalın amnistiyasın aparmaq lazımdı. Ondan sonra gəlir deklarasiyasını həyata keçirtmək”.
İqbal Ağazadə: “Gəlir deklarasiyası öz həllini tapması üçün iqtidar parlamentə qanun layihəsi göndərməlidir”
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə bildirdi ki, Milli Məclisdə azlığın sözü keçmədiyinə görə iqtidar qanunvericilik təşəbbüsü ilə çıxış etməlidir:
“Azərbaycanda kim gəlirləri haqqında məlumat verir ki? Heç kim. Hamı verdi tək siyasətçilərmi qaldı? Azərbaycanda hec gəlir deklarasiyası haqqında qanun yoxdur. Gəlir deklarasiyası açıqlanması sərəncamla yox, qanunla olur. Bu haqda qanun qəbul etmək lazımdır. Milli Məclisdə bu məsələni əlli dəfə qaldırmışıq. Gəlir deklarasiyası həllini tapması üçün iqtidar qanun layihəsi göndərməlidir. Milli Məclisdə azlığın təqdim etdiyi qanun layihəsi qəbul olunmur ”.
Ümid Partiyasının sədri həmçinin hesab edir ki, gəlir deklarasiyasının açıqlanmamsı rüşvətxorluğa aiddir:
“Gəlir deklarasiyasının açıqlanmamsının korrupsiyaya aidiyyatı yoxdu. Onun daha çox rüşvətxorluğa aidiyyatı var”.
Nərminə UMUDLU
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024