Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (7-04-2015, 16:12)
Qabil Hüseynli: “Prezidentin səfərinin İran və Rusiyada qıcıq yaratması normaldır”

“Biz İranın maraqlarına qarşı çıxmırıq. Sadəcə olaraq öz maraqlarımızı inkişaf etdirmək üçün Səudiyyə Ərəbistanı ilə daha strateji yaxınlıq telləri qururuq”

 

 
“Azərbaycan üçün bu gün Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin qurulması da ön plandadır”. 

Bu sözləri politoloq Qabil Hüseynli prezidentin səfərini PİA.AZ-a şərh edərkən bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfər edib. Səfər zamanı  İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud ilə Səudiyyənin tanınmış simaları ilə  görüşlər keçirib.
Görüşlərdə İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. Görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.
Politoloq Qabil Hüseynli PİA.AZ-ın əməkdaşına prezidentin strateji əhəmiyyətli bu səfərini şərh edib.  Q. Hüseynli prezidentin Səudiyyə Ərəbistanı səfərini yüksək qiymətləndirməklə yanaşı, bu görüşün bir çox məsələlərin həllində də prespektivli olacağını düşünür:

Qabil Hüseynli: “Səudiyyə Ərəbistanı Azərbaycanı səbəbini açıqlamaq istəmədiyim nöqteyi-nəzərdən ciddi surətdə dəstəkləyir”

“Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanına siyasi və iqtisadi aspektlərdən  səfərini yüksək dəyərləndirirəm. Amma burada iqtisadi faktorlar ola bilsin ki, siyasi faktorları üstələyir. Çünki son zamanlar Azərbaycanın başda Səudiyyə Ərəbistanı olmaqla, neft çıxaran Ərəb ölkələri ilə əlaqələri sürətlə genişlənir. Səudiyyə Ərəbistanı bizim Dağlıq Qarabağla bağlı problemlərimizə və yaxud da beynəlxalq qurumlarda qaldırdığımız istənilən problemə həmişə dəstək verib. Eyni zamanda bölgədə, Yaxın Şərqdə gedən proseslərə baxış bucağında hər iki ölkə arasında yanaşmalar oxşardır. Bu isə bizi mütəffiqlik dərəcəsinə gətirib çatdırır. 
Amma Azərbaycan üçün bu gün Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələrin qurulması da ön plandadır. Çünki Səudiyyə Ərəbistanında inkişaf etmiş bank sistemi , sənayə sahələri, azad iqtisadi zonaları var. Həm azad iqtisadi zonaların təcrübəsini, həm də onların köməyilə ölkəmizdə azad iqtisadi zonaların yaratmaqda, xüsusəndə Sumqayıtda azad iqtisadi zonanın yaradılmasına Səudiyyənin köməyindən yararlana bilərik. Bank sahəsində Səudiyyə Ərəbistanla Azərbaycan arasında əlaqələr var. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam İnkişaf Bankı Səudiyyə Ərəbistanında yerləşir və müsəlman dövlətlərinə kreditlər məhz Səudiyyə Ərəbistanın bilavasitə rəyi nəzərə alınmaqla verilir. Yəni biz uzun müddətdir ki, İslam İnkişaf Bankıyla da kənd təsərrüfatı məsələləri, əhalinin içməli suyla təmin olunması və s. bu məsələlərdə əməkdaşlıq edirik. İslam İnkişaf Bankı bizə kredit verməkdə səxavətlidir və biz bu faizsiz kreditlərlə bir sıra bölgə problemlərimizin inkişafına yardım göstərir. Yəqin ki, bu səfər zamanı imzalanan müqavilələrdə həmin məsələlər öz əksini tapacaq. Üstəlik Səudiyyə Ərəbistanı da, Azərbaycan da neft ixrac edən ölkələrdir. 


Qabil Hüseynli: Azərbaycanla münasibətlərin qurulması Səudiyyə Ərəbistanın bir sıra strateji niyyətlərini həyata keçirməsində böyük rol oynaya bilər

Dünyada neftin qiymətinin müəyyənləşməsində Səudiyyə Ərəbistanı əhəmiyyətli rol oynayır. Səudiyyə Ərəbistanı ilə Azərbaycanın neftin qiymətlərinin tənzimlənməsində birgə əməkdaşlıq etməsi prinsipial əhəmiyyətə malikdir və Səudiyyə Ərəbistanı Azərbaycanı səbəbini açıqlamaq istəmədiyim nöqteyi-nəzərdən ciddi surətdə dəstəkləyir. Çünki Azərbaycanla münasibətlərin qurulması Səudiyyə Ərəbistanın bir sıra strateji niyyətlərini həyata keçirməsində böyük rol oynaya bilər. Məsələn, bu saat Yəməndə Səudiyyə Ərəbistanı müəyyən əməliyyatlar həyata keçirir. Azərbaycan bu məsələdə həmin bölgəyə əmin-amanlığın gəlməsini və sabitliyin bərqərar olmasını istəyir. Bu isə Səudiyyə Ərəbistanının maraqlarına uyğundur. Bir sözlə, son dövrlərdə Azərbaycanın BƏƏ, Qatar, Səudiyyə Ərəbistanı və digər ölkələrlə iqtisadi və siyasi əməkdaşlığı sürətlə genişlənməkdədir. Güman edirəm ki, bu əməkdaşlıq Azərbaycan dövlətçiliyinə böyük xeyir verəcək”.

Qabil Hüseynli: “Biz İranın maraqlarına qarşı çıxmırıq”

Prezidentin səfərinin İran və Rusiyada qıcıq yaratmasına normal baxan politoloqun fikrincə, İran və Rusiyanın Azərbaycanı daim təsir dairəsində saxlamaq istəməsi düzgün siyasət deyil:
“Prezidentin səfərinin İran və Rusiyada qıcıq yaratması normaldır. İran isəyir ki, Azərbaycan həmişə təsir dairəsində hərəkət etsin amma bu mümkün deyil. Hər bir dövlətin özünün dövlət və strateji maraqları var. Azərbaycan üçüncü bir dövlətə zərbə vurmadan öz maraqlarına uyğun hərəkət etməlidir. Biz İranın maraqlarına qarşı çıxmırıq. Sadəcə olaraq öz maraqlarımızı inkişaf etdirmək üçün Səudiyyə Ərəbistanı ilə daha strateji yaxınlıq telləri qururuq. Bu nöqteyi-nəzərdən kimlərinsə qıcıqlanmasından asılı olmayaraq Azərbaycanın xarici siyasət üçün atdığı addım düzgün addımdır”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024