Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (2-03-2015, 12:50)
“Alexa“ Azərbaycan saytlarının reytinqini ləğv etdi - Biabırçılıq

Dünya ölkələri üzrə saytların reytinqini göstərən alexa.com saytı şənbə günündən Azərbaycan bölməsini ləğv edib

 

 
Belə ki, saytın ölkələrin siyahısı olan katoloquna girəndə daha "Azərbaycan" adı görünmür.
AzVision.az bunun səbəbini öyrənmək üçün alexa.com-a müraciət edib. Şirkətdən belə bir cavab aldıq ki, buna səbəb Azərbaycan saytlarının botlar vasitəsilə yaradılan süni trafikdən istifadə edərək, nəticələrlə manipulyasiya etməyə çalışmasıdır. Başqa sözlə, Azərbaycan saytları alexa-da ön yerlərdə görünmək üçün fırıldaqçılıq ediblər. 
Cavabı olduğu kimi təqdim edirik:
- We`re currently experiencing some issues with parsing data from Azerbaijan due to manipulation attempts. Our data analysts are suspicious of unauthorized bot traffic for the purpose of boosting rankings. Therefore, Azerbaijan rankings have been temporarily suspended until further notice.
AzVision.az-ın vebmasteri, tanınmış koder Seymur İsmayıl alexa.com-un cavabını şərh edərkən, bildirdi ki, bu, həqiqətdir:
- Mən hansı saytın realda nə qədər girişinin olduğunu əla bilirəm, kim istəyirsə, gəlsin, sübut edim. Alexa-dakı reytinq reallığı əks etdirmirdi. Bu, pul tələsi idi. Orada reytinqini qaldırmaq üçün xüsusi pullu xidmətlər var. Ayda 300-700 manat arası ödəyirsən, səni lazım olan yerə çıxarırlar. Bizimkilərin əksəriyyəti belə edirdilər. 
Məqsədlər müxtəlifdir: reklam cəlb edə bilməkdən tutmuş, sponsorlara real olmayan reytinq təqdim etməyə qədər...
Seymur İsmayılın sözlərinə görə, Alexa-nın metodu kökündən yanlışdır ki, bu da manipulyasiyalar üçün imkan yaradır: “Məsələn, Google Analytics sənə kod verir, sən də onu saytına yerləşdirirsən. Həmin kod sayta giriş haqda informasiyanı Google-a ötürür. Bəs Alexa bu məlumatı haradan götürür? Axı çox saytlar onun kodunu qoymayıblar. Ona görə də, Alexa-nın özünün də metodu çox mübahisəlidir və saytların əyri oyunlara getməsinə imkan yaradır”. 
Qeyd edək ki, həqiqətən də, Alexa-nın Azərbaycanla bağlı reytinqi reallığı əks etdirmirdi. Auditoriyasının azlığı heç kim üçün sirr olmayan bir sıra saytlar daha geniş oxucu kütləsinə malik digər saytları qabaqlayaraq, ön sıralarda möhkəm “oturmuşdular”. Mövqeləri isə dinamik deyildi. Halbuki, bu, real deyil. Misal üçün deyək ki, AzVision.az davamlı olaraq 25-40-cı yerlər arasında dalğalanır və hər gün reytinqdəki mövqeyimiz dəyişirdi. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024