Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (5-02-2015, 13:25)
İran casuslarına hökm oxundu - 13 il və 14 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına işləməkdə ittiham olunan Lənkəran rayon sakinləri - 1981-ci il təvəllüdlü Faiq Qurbanov və 1990-cı il təvəllüdlü Seymur Rzazadənin məhkəmə prosesi yekunlaşıb

 

Mediatv.az  saytının əldə etdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.
Hökmə görə, Faiq Qurbanov 14 il, Seymur Rzazadə isə 13 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, təqsirləndirilən şəxslər İranın xüsusi xidmət orqanı olan ETTELAAT-la əməkdaşlığa cəlb olunublar. Təqsirləndirilən şəxs Faiq Qurbanov 2003-cü ildə ETTELAAT-ın əməkdaşı olan Bilal adlı şəxslə əməkdaşlıq edib. İran İslam Respublikasının Qum şəhərində fəaliyyət göstərən “İmam Xomeyni” mədrəsəsində təhsil alan Azərbaycanlı tələbələrin istifadə etdikləri mobil telefon nömrələri, onların Azərbaycanda olduqları müddətdə MTN-in rayon şöbələrinə çağırılmaları, mədrəsədə təhsil alan şəxslər barədə məlumat toplamaq tapşırığı alıb. 2008-ci ildə o, ETTELAAT-ın digər əməkdaşı Miri ilə əməkdaşlığı davam etdirib.
Faiq Qurbanov mədrəsədə təhsil alan tələbələr və müəllimlər barədə Mirini məlumatlandırıb. Miri ona Azərbaycana qayıtdıqdan sonra İslam dininin təbliği zamanı insanlara təsir göstərə biləcək əsasən Lerik, Astara və Lənkəran rayonlarından olan nüfuzlu gənc dindarları seçməyi və ETTELAAT-ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmaları üçün dini təhsil adı almaq altında onları İrana göndərməyi və cənub bölgəsindən yığılan “xüms”ü İrana gətirmək barədə tapşırıqlar verib. Həmin “xüms”ün üçdə bir hissəsinin və hər göndərdiyi tələbəyə görə isə 250 manat pulun zəhmət haqqı kimi ona veriləcəyini vəd edib.
Faiq Qurbanov 2012-ci ilin iyul ayında Azərbaycana qayıdaraq verilən tapşırıqları icra etməyə başlayıb. İlk olaraq Lerik rayonundan olan Araz Hüseynov adlı şəxslə tanış olaraq ona İranda dini təhsil almağı təklif edib. Araz Hüseynov razılaşandan sonra Faiq Qasımov Seymur Rzazadə ilə telefon əlaqəsi saxlayaraq Arazə İrana aparmağı tapşırıb.
Seymur Rzazadə Arazı Qum şəhərində “Camiətül Mustafa” dini Mərkəzinin inzibati binasında əvvəlcə ETTELAAT-ın İzzət adlı əməkdaşı ilı, ardınca isə Qəffari adlı əməkdaşı ilə görüşüb. Faiq Qurbanovun Araz barəsində fars dilində  yazdığı  zəmanət məktubunu həmin şəxslərə təqdim edib. Bundan aonra Arazın “Camiətül Mustafa” dini mərkəzinin nəzdində olan “Əlmehdi” mədrəsəsinə qəbul olunduğu bildirilib.
Digər təqsirləndirilən Seymur Rzazadə ETTELAAT-ın əməkdaşı Qəffari tərəfindən 24 yanvar, 2013-cü ildə məxfi əməkdaşlığa cəlb edilib. O, “Mən Rzazadə Seymur Şahəddin oğlu Allah ordusuna əsgər seçilirəm” məzmunlu iltizam verdikdən sonra Qəffari onu Lənkərandakı möminlərin vəziyyəti ilə maraqlanmağı, Faiq Qurbanov və digər dindarlara salamlarını çatdırmağı tapşırıb.  
Seymur Rzazadəyə Lənkəran aeroportu və onun rəisi, Lənkərandakı sərhəd qoşunları, hərbi hissələrin sayı, Sumqayıtdakı hərbi hava qüvvələri və orada olan hərbi texnika – helikopter və təyyarələrin sayı, Şeyxülislam Allahşükür Paşazadənin cənub zonasına səfərləri, Türkiyənin Lənkərandakı Fəxri Konsulluğu, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin “Alfa” qrupunun rəhbəri barədə məlumatlar toplamaq tapşırılıb. Təqsirləndirilən şəxs əldə etdiyi məlumatları 2014-cü ilin fevral ayında Tehranda olarkən ETTELAAT-ın əməkdaşlarına verib.
Törətdikləri cinayət əməllərinə görə hər iki şəxsə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.  Hər iki şəxs MTN əməkdaşları tərəfindən həbs edilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024