Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (Yeni Start) müddəti üç il yarımdan sonra bitir.  

Mediatv.az xarici KİV-ə xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyi  məlumat paylaşıb. 

"Keçmiş Rusiya-Amerika danışıqlarının təcrübəsi göstərir ki, hər iki tərəf hazır olsa belə, sazişin hazırlanmasına çox az vaxt qalıb", - açıqlamada deyilir.

Səfirlik silahlara nəzarət sahəsində qarşılıqlı narahatlıq və maraqları nəzərə alaraq, bərabər əsasda əməkdaşlığın vacibliyi bildirilib.