Ukrayna ordusu İzyum yaxınlığındakı Dibrovnoe kəndini ruslardan azad edib.

Mediatv.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Xolodnıy Yar” 93-cü əlahiddə mexanikləşdirilmiş briqadası məlumat verib.

“Xolodnıy Yar” 93-cü əlahiddə mexanikləşdirilmiş briqadasının döyüşçüləri İzyum istiqamətində irəliləməyə davam edirlər. Briqada düşməni Dibrovnoe kəndindən çıxarıb və cəbhə xətti boyu irəliləyib”, - məlumatda qeyd olunub.