Respublikanın səhiyyə naziri Ceyson Ausa bildirib ki, Boliviya mütəxəssisləri ölkədə meymunçiçəyi xəstəliyinə ilk yoluxma faktını təsdiqləyiblər.Mediatv.az xəbər verir ki, Departamentin Facebook səhifəsində yayımlanan mətbuat konfransında C.Ausa dedi: "Santa Kruz departamentindən indicə məlumat aldıq, Boliviyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma təsdiqlənib".Nazirin sözlərinə görə, 38 yaşlı xəstə özünü yaxşı hiss edir. Səlahiyyətlilər onun başqa ölkədə meymunçiçəyi xəstəliyinə tutulduğunu güman edirlər.