Dünya (1-08-2022, 21:46)
Almaniyanın MARS II raket sistemləri Ukraynaya gəldi
Ukrayna Almaniyadan MARS II buraxılış raket sistemləri (MLRS) alıb.DİA.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov məlumat yayıb.
"Long Hand ailəsinin üçüncü “qardaşı” olan Almaniyanın MARS II raket sistemləri Ukraynaya gəlib. Bu sistemlərə görə Almaniyaya və şəxsən mənim həmkarım müdafiə naziri Kristina Lambrextə təşəkkür edirəm. Topçularımız alman tərəfdaşlarını salamlayır", - o, Twitter-də yazıb.
Ukraynanın neçə MARS II aldığı dəqiqləşdirilməyib. İyulun 26-da Almaniyanın müdafiə naziri Kristina Lambrext Almaniyanın Ukraynaya vəd edilmiş MARS II qurğularını təhvil verdiyini açıqlayıb. Bundan əlavə, Kiyev daha üç PzH 2000 özüyeriyən artilleriya qurğusu alıb.
İyunun sonunda Almaniya hökuməti birbaşa Ukraynaya verilən silahların siyahısını dərc edib.
Xüsusilə, martın sonundan etibarən Almaniya Kiyevə əsasən minalar, əl qumbaraları verib. İyun ayında Ukraynaya Almaniyadan yeddi tank əleyhinə haubitsa gətirilib. Deutsche Welle yazır ki, Ukrayna aprelin əvvəlində Kiyevə vəd edilən ilk üç Gepard özüyeriyən zenit silahını keçən həftə əldə edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025
19 11 2025


























