Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (28-07-2022, 12:32)
ABŞ-ın İrəvandakı səfiri NİYƏ QƏLƏT QARIŞDIRIR?

 İyulun 25-də ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan dövlət başçısı ilə növbəti telefon danışığı oldu. Ağ Ev rəsmisi Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini bildirdi… Lakin bu yandan da ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi mütəmadi olaraq müəyyən ikibaşlı çıxışlar edir, Qarabağ münaqişəsinin mövcudluğundan, həll olunmamasından, Minsk qrupunun yenidən canlandırılmasından dəm vurur. Bunu necə dəyərləndirmək olar?..

Mediatv.az xəbə verir ki, mövzu ilə bağlı Moderator.az-a açıqlama verən İstanbul Universitetinin Beynəlxalq Münasibətlər üzrə doktorantı, beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı bunları söyləyib:

“ABŞ hər zaman dövlət maraqları çərçivəsində Qarabağ məsələsinin bitməsini istəyib və Azərbaycana dəstək verib. Həmin dəstək əsasən Türkiyə üzərindən edilib. Amma Ermənistan da 10 noyabr 2020-ci ildən sonra Amerika üçün Qafqaz siyasəti baxımından önəmli olkə olub. Çünki Fransa da Ermənistan üçün önəmli siyasi diplomatik islər görür. ABŞ-ın Ermənistandakı səfirinin bəyanatları Ermənistanı Vaşinqton tərəfinə çəkmək üçün deyilən sözlərdir. Əsas olan səfirin dediyi sözlər yox, ABŞ dövlətinin nə deməsidir. Bəs Ağ Ev səfirə niyə icazə verir belə sözlər desin? Səbəb hazırda diplomatik oyunlar getməsi və qeyd etdiyim kimi, Fransa səfirinin də Ermənistanı yanına çəkmək üçün oxşar çıxışlar etməsidir. Ona görə də bu siyasi-diplomatik oyunlarda Azərbaycan düzgün gedişlər etməlidir. Xarici ölkə səfirinin Qarabağ, Zəngəzur haqda nə deməsi əsas deyil. Əsas olan bizim Azərbaycan dövləti olaraq nə deməyimiz və nə etməyimizdir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024