Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (25-07-2022, 13:00)
Zelenski Ruslan Demçenkonu vəzifəsindən azad etdi

 Ukrayna prezidenti Volodimir Zelenski Ruslan Demçenkonu Milli Təhlükəsizlik və Müdafiə Şurası (MDŞ) katibinin birinci müavini vəzifəsindən azad edib.

Mediatv.az xarici KİV-ə istinadən xəbər verir  ki, müvafiq sərəncam Ukrayna Prezident Aparatının saytında dərc olunub.

“Ruslan Mixayloviç Demçenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsindən azad edilsin”, - bəyanətdə  deyilir.

Bildirək ki, Ruslan Demçenko Ukraynanın fövqəladə və səlahiyyətli səfiridir. Ukrayna xarici işlər nazirinin birinci müavini, Ukraynanın Serbiya və Monteneqrodakı səfiri, Ukraynanın İstanbuldakı baş konsulu vəzifələrində çalışıb. 2020-ci il iyunun 16-da Milli Təhlükəsizlik Şurası katibinin birinci müavini vəzifəsinə təyin edilib.

Demçenko karyerası ərzində həm də Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonun ofisinə rəhbərlik edib (2006-2010). 1990-cı illərin sonunda o, Prezident Leonid Kuçmanın Administrasiyası rəhbərinin müavini vəzifəsini tutub.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024