Avropa Mərkəzi Bankının (AMB) Direktorlar Şurası üç əsas faiz dərəcəsini 50 baza bəndi artırmaq qərarına gəlib və onların gələcək artımına işarə edib.

Mediatv.az xəbər verir ki, qərara əsasən, artıq baza faiz dərəcəsi 0,5%, depozitlər üzrə faiz dərəcəsi 0%, qısamüddətli kreditlər üzrə isə 0,75%- dir.

Qeyd edək ki, bu, AMB-nin 2011-ci ildən bu yana ilk faiz artımı qərarıdır.