İqtisadi böhrana görə etirazlardan sonra istefa verəcəyini açıqlayan Şri-Lanka prezidenti Qotabaya Rajapaksanın ölkədən qaçdığı təsdiqlənib.Mediatv.az xəbər verir  ki, Şri-Lanka Hərbi Hava Qüvvələri Rajapaksa və həyat yoldaşının Maldiv adalarına getdiyini açıqlayıb.

İmmiqrasiya rəsmilərinin verdiyi məlumata görə, Rajapaksa bu gün səhər tezdən əsas beynəlxalq hava limanından havaya qalxan Antonov-32 tipli hərbi təyyarə ilə ölkəsini tərk edib.

Bildirilir ki, iqtisadi böhrana görə başlayan etirazlar nəticəsində bu gün istefa verəcəyini açıqlayan Şri-Lanka prezidenti Rajapaksa ötən bazar ertəsi tarixli istefa məktubunu imzalayaraq parlament sədrinə göndərib. Prezident olduğu müddətdə Şri-Lanka qanunlarına görə toxunulmazlığa malik olan Rajapaksanın həbs olunmamaq üçün istefa verməmişdən əvvəl ölkəni tərk etməyə çalışdığı güman edilir.