Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (12-07-2022, 09:12)
Rusiyanın postsovet məkanına HƏMLƏSİ... - NƏ ETMƏLİ?

  "Rusiyanın savaş meydanında əldə etdiyi hərbi irəliləyişlər nisbi xarakter daşıyır. Bu hərbi irəliləyişlər həlledici məzmun daşımır. Rusiya ordusu Ukraynanın əsas qüvvələrini sırasından çıxartmağa hələ də nail ola bilməyib. Ona görə də, ABŞ və Qərbin Ukraynaya vəd etdiyi dəstək tam həcmdə veriləcəyi təqdirdə, savaş meydanında vəziyyət Rusiyanın əleyhinə çevrilə bilər".Mediatv.az xəbər verir ki, bu fikirləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, hazırda Rusiya Ukraynada öz ordusunu yenidən qruplaşdırmaq ilə məşğuldur: "Kreml üzləşdiyi ağır itkilərdən sonra "könüllü batalyonlar" adı altında qeyri-rəsmi səfərbərlik məcburiyyətində qalıb. Yəni, nisbi üstünlük qazanılsa da, bu, Rusiyanın tam qələbəsi üçün yetərli görünmür. Böyük ehtimalla Ukrayna savaşının taleyi Rusiyaya qarşı sanksiyaların effektivliyindən və kollektiv Qərbin rəsmi Kiyevə silah tədarükünün sürətindən asılı olacaq".

E.Xalidbəyli hesab edir ki, hələlik kollektiv Qərb Ukraynaya vəd etdiyi silahları olduqca ləng verir: "Burada əsasən iki səbəbin olduğunu düşünmək olar. Birinci səbəb Ukraynanın sürətli qələbəsində maraqlı olmaması ilə bağlıdır. Hətta bəzi əlamətlərə dayanaraq, kollektiv Qərbin Ukraynanı bu savaşda qalib etmək kimi bir niyyətinin olmadığını da iddia etmək olar. Kollektiv Qərbin əsas hədəfi Rusiyanın qalib gələ bilməməsi, daha dəqiq desək, ümumi anlamda məğlub olmamasıdır. Ona görə də, Ukraynaya silahları müəyyən "porsiya"lar ilə verib, sadəcə, savaşı uzatmağa çalışırlar. Rusiyaya qarşı sanksiyaların orta vədədə təsirlərinin ortaya çıxmasını gözləyirlər. İkinci səbəb isə kollektiv Qərbin monolit mövqedən çıxış etməməsi ilə bağlıdır".

Siyasi şərhçi qeyd etdi ki, hətta Rusiyanın savaş məğlubiyyətini və hətta zəifləməsini öz maraqlarına zidd hesab edən Avropa ölkələri də var: "Qərbi Avropa ölkələri, xüsusilə də, Almaniya, Fransa və İtaliya Rusiyanın qalib gəlməsində maraqlıdırlar. Çünki, Rusiya məğlub olacağı təqdirdə, Avropa Birliyinin, ümumiyyətlə "qoca qitə"nin məhz ABŞ və Böyük Britaniyanın hərbi-siyasi və maliyyə-iqtisadi nəzarəti altına düşəcəyini anlayırlar. Ona görə də, Qərbi Avropa ölkələri Rusiyanın savaşda qalib gəlməsi, Kremlin öz beynəlxalq siyasi iradəsini qoruyub, saxlaması sayəsində ABŞ və Böyük Britaniyanın Avropa qitəsi üzərində tam hegemonluq iddialarını balanslaşdıra biləcəklərinə ümid bəsləyirlər. Və bu, Rusiyanın qalib gələcəyi təqdirdə, Kremlin Avropa qitəsi üzərindəki geopolitik rolunu indidən təsəvvür etməyə imkan verir".

MDB məkanına gəldikdəsə, E.Xalidbəyli vurğuladı ki, Orta Asiya hadisələri Rusiyanın qələbəsinin doğura biləcəyi nəticələri təxmin etməyə imkan verir: "Rusiya bu savaşdan qalib və güclənmiş çıxarsa, postsovet məkanında müstəqil dövlət qalmayacaq. Yəni, MDB çox qısa bir müddətdə QMDB-yə - Qeyri Müstəqil Dövlətlər Birliyinə çevriləcək. Kreml bunun ilkin mesajlarını Qazaxıstan və Özbəkistan üzərindən artıq indidən verməyə çalışır. Digərlərini də indidən qorxutmağa cəhd göstərir. Ancaq Rusiyanın savaşdan belə bir gücə sahiblənərək, çıxması o qədər də inandırıcı görünmür. İndi Rusiyanın zəiflədiyini göstərən faktorlar daha qabarıq şəkildə nəzərə çarpır. Sanksiyaların təsirinin zaman ötdükcə Rusiyanı daha ağır vəziyyətə sala biləcəyi qətiyyən şübhə doğurmur. Ona görə də, Rusiyanın gələcək perspektivləri barədə ehtimallar olduqca şişirdilmiş kimi görünür".

Siyasi şərhçinin fikrincə,böyük ehtimalla bu savaş Avropa qitəsinin enerji təhlükəsizliyinin yeni beynəlxalq şərtlərə uyğunlaşdırılmasına qədər davam edəcək: "Yəni, Rusiya enerji resursları Avropa bazarından sıxışdırılıb, çıxarılacaq. Bunun üçün hazırda alternativ enerji resursları qaynaqları yaradılmağa cəhd göstərilir. Bu proses başa çatdıqdan sonra Rusiya daha ağır enerji savaşı ilə üzləşmiş olacaq. Və Ukrayna savaşı da indiki əhəmiyyətini böyük ölçüdə itirməyə başlayacaq".шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024