Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-07-2022, 16:53)
“Ərzaq böhranı Avropanın sanksiyaları ilə bağlı deyil” - Borrell

 Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi ərzaq böhranını kəskinləşdirib. Cəmi 2 il ərzində dünyada ciddi şəkildə ərzaq təminatı olmayan insanların sayı artıq iki dəfə artıb.

Mediatv.az xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell G20-nin iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, dünyada ciddi şəkildə ərzaq təminatı olmayan insanların sayı COVID-19 pandemiyasından əvvəl 135 milyondan idisə, 2022-ci ilin əvvəlində bu rəqəm 276 milyona, bu gün isə 323 milyona çatıb:

“1,2 milyard insan - dünya əhalisinin altıda biri - ərzaq, enerji qiymətlərinin artmasından, maliyyə şərtlərinin sərtləşməsindən ciddi şəkildə əziyyət çəkir.

Vəziyyət daha da pisləşə bilər. Rusiya Ukrayna anbarlarında 20 milyon ton taxılı bloklayıb və qlobal bazara çıxmasına imkan vermir. Bu, təkcə Ukraynaya qarşı deyil, dünyanın ən həssas ölkələrinə qarşı ərzaqdan müharibə silahı kimi istifadə etmək cəhdidir”.

Borrell bildirib ki, Afrika bu böhrandan ən çox təsirlənən qitədir:

“Bir çox ölkələr Rusiya və Ukraynadan gələn taxıl və gübrələrdən çox asılıdır. Bu ərzaq böhranı Avropanın sanksiyaları ilə bağlı deyil. Rusiyada kənd təsərrüfatı sektoru hədəf alınmayıb. Nə bizim sanksiyalarımız Rusiya kənd təsərrüfatı məhsullarının, gübrələrin idxalını, nə də Rusiya ixracına görə ödənişi qadağan edir.

Böhrana tamamilə Rusiyanın hərəkətləri səbəb olub. O, dünyanın “çörək səbəti”ni işğal edib və Qara dənizin gəmiçilik zolaqlarını müharibə zonasına çevirib”.шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024