Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-07-2022, 14:21)
Almaniya parlamenti İsveç və Finlandiyanın NATO-ya üzvlük protokolunu ratifikasiya edib

 Almaniya parlamenti Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı qanun layihəsini ratifikasiya edib.

Mediatv.az xəbər verir ki, məlumatı Almaniya Bundestaqının saytı yayıb.

Bildirilib ki, layihəni hakim Sosial Demokratlar, “Yaşıllar” və Azad Demokratlar partiyaları, əsas müxalifət sayılan Xristian-Demokrat Partiyası və Xristian Sosialist İttifaqı dəstəkləyib. Almaniya üçün Alternativ Partiyasının deputatları səsvermədə tərəfsiz qalıb, Sol Partiyanın deputatları isə layihənin əleyhinə səs verib.

Polşa parlamentinin Aşağı Palatası da İsveç və Finlandiyanın Alyansa daxil olması haqqında protokolu ratifikasiya edib. Prezident Anjey Duda bu iki dövlətin NATO-ya üzv olması ilə bağlı sənədi təsdiqləməlidir.

Xatırladaq ki, Danimarka, Norveç, Kanada, İslandiya və Albaniya parlamentləri artıq uyğun sənədi ratifikasiya edib.

Qeyd edək ki, NATO-nun iyunun 28-30-da İspaniyanın Madrid şəhərində keçirilən zirvə toplantısında İsveç və Finlandiyanın Alyansa üzv olmasına dair ərizəsinə müsbət cavab verilib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024
30 04 2024