Rusiya Daxili İşlər Nazirinin köməkçisi, general-leytenant Sergey Umnov saxlanılıb.

Mediatv.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, o, hazırda Moskvanın Petrovkadakı müvəqqəti saxlanma məntəqəsindədir. 

Bu barədə məlumatı Moskva İctimai Monitorinq Komissiyasının icraçı katibi Aleksey Melnikov təsdiqləyib. 

General-leytenant Sergey Umnov əvvəllər nazirliyin Sankt-Peterburq baş komandanına rəhbərlik edib. 

Bundan əvvəl Sankt-Peterburqda Daxili İşlər Nazirliyinin üç generalı və bir sıra polislərin vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı həbs edildiyi məlum olmuşdu.