Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin rəhbəri Markus Ederer Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

"Mediatv.az" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.Bildirilir ki, Markus Ederer hazırda Rusiya XİN-dədir.
Məlumata görə, M. Edererin XİN-ə çağırılmasına səbəb Litva tərəfindən Rusiya subyektlərindən Kalininqrad vilayətinə bir neçə məhsulun daşınmasına məhdudiyyət qoyulması olub.