Dünya (18-06-2022, 12:26)
Ukraynanın Aİ-yə üzv olması onilliklər çəkə bilər
Dörd ay ərzində Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra Avropa İttifaqı (Aİ) Kiyevin Aİ-yə qoşulmasının uyğun vaxtın olmadığı qərarına gələ bilər.Mediatv.az xəbər verir ki, bu barədə ABŞ-ın populyar CNN- telekanalı məlumat yayıb.
“Avropa ölkələrinin əksəriyyəti Ukraynanı güclü şəkildə dəstəkləsələr də, hərbi səylərində Zelenskiyə müəyyən qədər kömək etsələr də, Kiyevin arzusunun yerinə yetiriləcəyi qəti deyil”, - xəbərdə deyilir.
Bildirilir ki, müsbət qərar qəbul edilsə belə, Ukraynanın Aİ-yə daxil olması onilliklər çəkə bilər:
“Siyasi və prosedur səbəblərə görə, Aİ qərar verə bilər ki, indi vaxtı deyil. Və hətta onlar Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Ukraynanın üzvlük üçün nəzərdən keçirilməsinə dair razılığa gəlsələr belə, bu, illər çəkə bilər. Söhbət onilliklərdən gedir”.
Qeyd edək ki, fevralın 28-də prezident Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzalayıb. Kiyev sorğu anketini dolduraraq Avropa Komissiyasına təqdim edib və Ukraynanın Aİ üzvlüyünə namizəd statusunun verilməsi üçün zəruri addım atıb. Anketin birinci hissəsində Ukraynanın namizəd statusu əldə etməyə hazırlığının qiymətləndiriləcəyi siyasi və iqtisadi meyarlar var. İkincisi, Ukrayna qanunvericiliyinin Aİ qanunvericiliyinə uyğunluğunun qiymətləndirilməsini əhatə edir. Rəsmi Kiyev ümid edir ki, iyunda Aİ-yə üzv ölkələr Ukraynanın namizəd statusu ilə bağlı qərarı dəstəkləyəcək.
İyunun 8-də Avropa Parlamenti Avropa İttifaqına Ukraynaya namizəd statusunun verilməsini tövsiyə edən qətnaməni dəstəkləyib.
İyunun 23-24-də Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi ilə bağlı qərar qəbulu gözlənilir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025























