Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (18-06-2022, 11:04)
“Kiyev hakimiyyəti okeanın o tayındakı sahiblərinə qulaq asmasın, qərar versin” - Putin

“Kiyev hakimiyyəti okeanın o tayındakı sahiblərinə qulaq asmasın, qərar versin”

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Ukrayna buğdasının ixracına mane olması ilə bağlı iddiaları təkzib edib.

Mediatv.az NTV telekanalına istinadən xəbər verir ki, o bu barədə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında çıxış edərkən danışıb.

“Rusiya Ukraynadan ərzaq tədarükünə mane olmur. Ukraynanın Qara dəniz limanlarını biz minalamamışıq axı. Ukrayna taxılının ixracının 5-6 variantı var. Qoy Kiyev hakimiyyəti okeanın o tayındakı sahiblərinə qulaq asmadan bunu necə etməyə qərar versin”, - deyə Putin bildirib.

Rusiya liderinin sözlərinə görə, Ukrayna öz limanlarını minalardan təmizləyə bilər. Putin, həmçinin Ukrayna buğdasını Belarusdan ixrac etməyi təklif edib.

Dövlət başçısı xəbərdarlıq edib ki, bu gün belə bir təhlükə də var ki, Ukrayna buğdasından əldə olunan gəlir silah alışına gedəcək: “Bu, çox kədərli olacaq”.

Qeyd edək ki, daha əvvəl Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik bildirmişdi ki, Ukrayna ərazisində 30 milyon tona yaxın taxıl saxlanılır və ixraca ehtiyac var.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025