Dünya (14-05-2022, 23:07)
Rusiya erməniləri “ağuşuna alır”: daha bir güclü dalğa..
Bu ilin yanvar-mart ayları ərzində Rusiya xarici ölkələrdən 141,7 min nəfəri vətəndaşlığa qəbul edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu, 12% azdır. Ümumilikdə əsasən keçmiş sovet respublikalarından Rusiya vətəndaşlığına qəbul sayı azalıb – yalnız Ermənistandan başqa.Axar.az xəbər verir ki, erməni mediası bu ilin birinci rübündə Ermənistandan olan 10,9 min nəfərin Rusiya vətəndaşlığını aldığını qeyd edib. Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,1% çoxdur.
Ötən il Ermənistandan olan 600 min nəfər Rusiyada Miqrasiya Xidmətinə qeydiyyata düşmək üçün müraciət edib.
Qeyd edilib ki, ölkədə olan qeyri-normal iş şəraiti, az gəlir və gələcəyə inamsızlıq Ermənistan əhalisini miqrasiyaya sövq edir. Qəribədir ki, gənclərlə bərabər, yaşlılar da Rusiya vətəndaşı olmağa can atır. Çünki Rusiya vətəndaşları Ermənistandan fərqli olaraq, daha normal pensiya alırlar. Rusiya vətəndaşlığı alıb, Rusiya pensiyası ilə Ermənistanda yaşayanlar da az deyil.
Araşdırmada qeyd edilib ki, yalnız 2017-ci ildən 2022-ci ilin martına qədər 165 min Ermənistan vətəndaşı Rusiya vətəndaşlığını alıb. Bu, rəsmi rəqəmlərə görə Ermənistan əhalisinin 6%-i deməkdir, qeyri-rəsmi isə 10 faizinə yaxındır.
Ekspertlərin qənaətinə görə, son proseslər Ermənistandan daha bir güclü miqrasiya axınına təkan verəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
























