Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-05-2022, 18:42)
G7 ölkələri Kiyevə 30 milyard avro ayırmağı planlaşdırır

G7 ölkələri Kiyevə 30 milyard avro ayırmağı planlaşdırır

G7 ölkələri Ukraynaya təxminən 30 milyard avro məbləğində maliyyə dəstəyi vermək niyyətindədir.

Mediatv.az xəbər verir ki, bu barədə “Spiegel” jurnalı yazıb. 

Nəşrin mənbələri iddia edir ki, bu məsələ Bonn yaxınlığında Petersberqdə G7-nin maliyyə nazirlərinin gələn həftə keçiriləcək görüşündə müzakirə olunacaq.

Yardımın kreditlər və qrantlar şəklində ayrılacağı və Ukraynanın bütün məbləği qaytarmağa məcbur olmadığı qeyd edilir. Məbləğ hərbi əməliyyatların bir il ərzində başa çatacağı ehtimalı əsasında hesablanıb.

Bununla belə, “G7” ölkələrinin heç də hamısı bu planı dəstəkləməyə hazır deyil. Adı açıqlanmayan bir ölkə hələ ki, razılığını verməyib. 

Nəşrin yazdığına görə, Britaniya və ABŞ rusiyalı iş adamlarından müsadirə olunan vəsaitləri Ukraynaya yardımı maliyyələşdirmək üçün istifadə etməyi təklif edirlər.

Qeyd edək ki, G7-yə Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ daxildir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025