Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (11-05-2022, 17:14)
Moldova polisi “Georgi lenti”nə görə 17 deputatı toxunulmazlıqdan məhrum edəcək

 Moldova parlamentinin 17 deputatı “Georgi lenti”ni taxdıqlarına görə məsuliyyətə cəlb olunmaları üçün toxunulmazlıqdan məhrum edilə bilər. Moldova polisi müvafiq tələblə ölkənin qanunverici orqanına müraciət etmək niyyətindədir. Bu barədə Baş Polis Müfəttişliyinin rəisi Viorel Çerneusyanu bildirib.
"Onlara qarşı qanun pozuntusu ilə bağlı protokollar tərtib edilib, prokurorluğa verilib, cərimənin tətbiqi yalnız deputat toxunulmazlığının ləğvi ilə mümkündür", – deyə Çerneusyanu bildirib.
2022-ci il aprelin ortalarında Moldova prezidenti Maya Sandu Ukraynada Rusiya hərbçilərinin istifadə etdiyi “Georgi lenti”nin, eləcə də Z və V simvollarının nümayişinə görə cərimələrin tətbiqini təsdiqləyib.
Söhbət bu cür atributların istehsalı, satışı, saxlanması və ictimai yayılmasının qadağan edilməsindən gedir. Qanunu pozanları 9000 ley (3 200 manat) məbləğində cərimə və ya 30-60 saata qədər ictimai işlər gözləyir. Hüquqi şəxslər üçün cərimə 18 000 ley (6 400 man) təşkil edir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025