Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (20-04-2022, 15:33)
"Putinə çıxış yolu verin ki, o, daha rüsvay olmasın" - Rusiyalı oliqarx

 Rusiyanın ən zəngin adlarından biri, Qərbin sanksiya siyahısında olan "Tinkoff Bank"ın qurucusu rus oliqarx Oleq Tinkov İnstaqram hesabından verdiyi açıqlamada Kremlin Ukraynaya müdaxilə qərarı ilə bağlı çox sərt açıqlamalar verib.
Mediatv.az xəbər verir ki,  54 yaşlı Tinkov rus xalqının əksəriyyətinin Ukrayna müharibəsinə qarşı olduğunu deyib:
"Bu çılğın müharibədən bir nəfər də olsun faydalanan görmürəm! Günahsız insanlar və əsgərlər ölür. Əlbəttə ki, Z hərfləri çəkən axmaqlar var,həmin insanlar axmaqdır. Rusların 90 faizi müharibənin əleyhinədir”, - deyə o yazıb.
Rus oliqarx Kreml rəsmilərini də tənqid edib:
"Kreml rəsmiləri və onların uşaqları bu yay Aralıq dənizinə gedə bilməyəcəklərindən qorxurlar. İş adamları öz əmlaklarının qalanları xilas etməyə çalışırlar".
Rusiyadakı “qohumbazlığı və yaltaqlığı” tənqid edən Tinkov “Ölkədə hər şey bərbad olduğu halda ordu necə yaxşı ola bilər. Səhər ayıq zehni ilə dura bilməyən generallar indi ordularının cəfəngiyat olduğunu gördülər” , - deyə ifadə  edib.
Daha əvvəl Rusiyadan köçən Tinkov mesajının sonunda ingiliscə “Əziz Qərb, xahiş edirəm Putinə çıxış yolu verin ki, o, daha rüsvay olmasın və bu qırğına son qoysun. Xahiş edirəm daha rasional və humanist olun”, - qeyd edib.  шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
22 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025