Ermənistanda daha bir vəzifəli şəxs işdən çıxarılıb. 

"Unikal" xəbər verir ki, Ermənistan Silahlı Qüvvələrinin Raket Qoşunlarının Artilleriya İdarəsinin rəisi Armen Arutyunyan vəzifəsindən azad edilib.

Bu barədə Ermənistan Prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan sərəncam imzalayıb. 

“Armen Arutyunyan Ermənistan Respublikası Silahlı Qüvvələrinin raket qoşunlarının artilleriya idarəsinin rəisi vəzifəsindən azad edilsin”, - sərəncamda deyilir.