Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (4-05-2021, 13:08)
Ağ Evdən Kremlə həmlə: - “Putinin tifaqı” dağılır

 Qırğızıstan Prezidenti Sadır Japarov bildirib ki, Tacikistanla sərhəd münaqişəsi ölkənin ərazi bütövlüyünü təhlükə altına qoyub

“28-30 aprel Qırğızıstan xalqı üçün ağır tarixi sınaq və kədər günləri oldu”, - deyə Tacikistanla sərhəddə münaqişə haqqında danışan Japarov deyib. “Müqəddəs Vətənimizin ərazi bütövlüyü və təhlükəsizliyi təhdid altında idi, dinc sakinlərimizin asayişi pozulmuşdu”, - o əlavə edib.

Dövlət başçısı qeyd edib ki, Qırğızıstan ordusu heç vaxt qonşu dövlətlərin ərazisinə soxulmayacaq.

“Biz heç vaxt silahlı qüvvələrimizə qonşu dövlətin kəndlərinə soxulmağa, dinc sakinlərə hücüm etməyə və onların evlərini dağıtmağa icazə verməyəcəyik”, - iki dövlətin sərhədində hərbi qulluqçuların toqquşmalarını şərh edən Prezident vurğulayıb. Dövlət başçısı bildirib ki, o, silahlı toqquşmalar zamanı ölkənin hərbi qulluqçularından Qırğızıstan sərhədini keçməməyi və birinci atəş açmamağı tələb edib. Qeyd edək ki, aprelin 28-də Qırğızıstan və Tacikistan sərhədinin Batken rayonunda “Qalavnoy” su anbarına iddia ilə bağlı yerli sakinlər arasında münaqişə olub. Qırğızıstanda sərhəd münaqişəsinə görə 78 ev zərər çəkib. Ölkə münaqişə zonasından 33 mindən çox vətəndaşını təxliyə edib. Toqquşmalar nəticəsində hər iki tərəfdən təxminən 40 nəfər həlak olub, 200-dən çox insan xəsarət alıb. Qırğızıstanla Tacikistan arasında sərhəd mübahisəsi birinci dəfə baş vermir.

İki ölkənin 980 kilometrlik sərhədinin cəmi 400 km-i demarkasiya olunub. 2002-ci ildən bəri Qırğızıstan və Tacikistan dövlət sərhədinin qalan hissəsini müəyyənləşdirə bilmir. Ona görə də 580 kilometrlik ərazi potensial münaqişə mənbəyi olaraq qalır. Həmin bölgədə dəfələrlə yerli əhali arasında qarşıdurma baş verib. 2014-cü ildən başlayaraq Qırğızıstan və Tacikistan sərhəddində 10-dan artıq toqquşma baş verib.

Hətta bu yerli sakinlər bir-birinə qarşı silahdan istifadə edib. Sonra ərazidə yaranmış sakitlik 2019-cu ilə qədər davam edib. Həmin vaxt Qırğızıstanın Aksay kəndi ilə Tacikistanın Mehnatabad kəndinin yerləşdiyi mübahisəli bölgədə yenidən qarşıdurma meydana gəldi. Buna səbəb Qırğızıstan yol xidməti adıçəkilən ərazidə yol inşa etməsi olmuşdu. 2020-ci ilin may ayında Tacikistanın Soqdi vilayətinin İsfara rayonunun Kumazor qəsəbəsində, Qırğızıstanla sərhəddə torpaq mübahisəsi növbəti qarşıdurmaya səbəb oldu. Nəticədə, iki Tacikistan vətəndaşı ağır güllə yarası aldı. Lakin indiyə qədər tərəflər arasında münaqişə belə geniş miqyas almayıb. Xüsusilə də sərhəd mübahisəsi iki ölkə arasında heç vaxt müharibə həddinə çatmayıb. Bu, daha çox lokal toqquşmalarla müşahidə olunub. Ona görə də aprelin 28-də baş vermiş münaqişə dövlət səviyyəsinə yüksəldiyindən dərhal siyasi rəng aldı və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etdi.

Hazırda Qırğızıstan və Tacikistan atəşkəsə nail olmaq və qoşunları sərhəddən geri çəkmək barədə razılığa gəlsə də, bölgədə vəziyyət gərgin olaraq qalır. İki ölkə sərhədlərin demarkasiyası və delimitasiyasını həyata keçirmək üçün birgə işə başlamayana qədər sülhün təmin olunmasından danışmaq mümkün deyil.

Qeyd edək ki, sözügedən bölgədə münaqişə Qırğızıstan və Tacikistanın sərhəd mübahisəsi ilə yekunlaşmır.

Eyni zamanda Tacikistanla Özbəkistan arasında da ziddidyyət mövcuddur. Qırğızıstan və Özbəkistanın su mənbələrinin əksəriyyəti Tacikistanın dağlıq ərazilərində yerləşdiyindən, SSRİ dağılandan sonra tərəflər münaqişə vəziyyətindədir. Hətta vaxtilə Müstəqil Dövlətlər Birliyinin sammitində Tacikistan Prezidenti İmoməli Rəhmon Özbəkistanın mərhum prezidenti İslam Kərimova hücum etmiş, onu döymək istəmişdi. Nəticədə, əlbəyaxa olan dövlət başçılarını Qazaxıstanın ozamankı prezidenti Nursultan Nazarbayev ayırmışdı. Ekspertlərin fikrincə, münaqişənin tarixi mənbəyi SSRİ dövründən qaynaqlanır.

Sovet İttifaqı 1924-cü ildə Türküstanda Tacikistan adlı müttəfiq respublika yaratmaqla Mərkəzi Asiyada yaşayan türk xalqlarının birliyini pozmağa çalışıb. Nəticədə, Qırğızıstan və Özbəkistanın bir sıra əraziləri Tacikistana verilib. Ona görə də hazırda ərazi mübahisəsini həll etmək ciddi problemə çevrilib.

Eyni zamanda Tacikistanın və Özbəkistanın Əfqanıstanın “Taliban” terror qruplaşmasının nəzarətində olan ərazilərlə həmsərhəddir.

Qırğızıstan da daxil olmaqla hər üç Mərkəzi Asiya ölkəsində həm “Taliban”a, həm də İŞİD-ə yaxın olan radikal dini qruplaşmalar mövcuddur. Qırğızıstanla Tacikistan arasında müharibənin yaranması Əfqanıstandakı münaqişənin bu regiona transfer etməsi riskini artırır. May ayının 2-də Tacikistanın paytaxtı Düşənbədəki yanacaq bazasında baş vermiş güclü partlayış regiondakı hadisələrin təsadüf olduğuna şübhə yaradır. Bu baxımdan, növbəti silahlı insident və təxribatların baş verəcəyi istisna edilmir.

Ancaq indi əsas müzakirələr bu prosesin hansı qüvvələrin marağına və məqsədə xidmət etməsi ilə bağlıdır. Yəni Mərkəzi Asiyada Rusiya, Çin, ABŞ, Pakistan, Hindistan, İran kimi ölkələrin, Avropa Birliyinin maraqları kəsişir. Bölgədə ən aktiv təsirə malik fövqəldövlətlər isə Rusiya, Çin və ABŞ-dır. Rusiyanın həm Tacikistanda, həm də Qırğızıstanda hərbi bazaları var. Tacikistanın Düşənbə və Boxtar şəhərlərindəki 201-ci hərbi baza Rusiyanın xarici ölkə ərazisində yerləşən ən böyük hərbi obyektidir. 2012-ci ildə imzalanmış müqaviləyə görə, Rusiya qoşunları 2042-ci ilə qədər Tacikistan ərazisində qalmalıdır. Qırğızıstandakı Rusiya silahlı qüvvələri isə Bişkekin 20 kilometr şərqindəki “Kant” hərbi bazasında yerləşir. Qırğızıstan Silahlı Qüvvələrinin aviasiyası da aerodromda yerləşdirilib. Baza MDB-nin vahid hava hücumundan müdafiə sisteminin mənafeyi məqsədilə istifadə edilə bilər.

Orada 250-yə yaxın hərbçi və onların ailə üzvləri, habelə muzdla işləyən Qırğızıstan və Qazaxıstan vətəndaşları var. Bazada 10 təyyarə və 14 helikopter yerləşdirilib. Bunlar “Su-25” hücum təyyarələri, “Su-27” qırıcıları, “L-39” təlim təyyarələri və “Mi-8” helikopterləridir. Nəhayət, hər iki ölkə Rusiyanın liderlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Qırğızıstan və Tacikistan arasında döyüşlərin getdiyi ilk günlərdə bu hadisələrin daha çox Rusiyanın marağına uyğun olduğuna dair rəylər səslənsə də, vəziyyətin təhlili qeyd edilən yanaşmanın özünü doğrultmadığını göstərdi.

KTMT üzvü olan ölkələrin müdafiə nazirlərinin Düşənbədə iclasının getdiyi bir vaxtda alyansa üzv olan iki ölkə arasında müharibənin başlanması təbii ki, Rusiyanın maraqlarına yalnız zərbə vura bilər. Çünki prosesin belə inkişafı Rusiyanın rəhbərlik etdiyi hərbi təşkilatın dağılması deməkdir. Lakin son zamanlar ABŞ-ın KTMT əleyhinə fəallaşması diqqəti cəlb edir. Amerikanın İrəvandakı səfiri Linn Treysinin Ermənistana KTMT üzvü olduğuna görə ABŞ-ın hərbi yardımını ala bilməyəcəyinə dair xəbərdarlığı alyansdan çıxmağa çağırış kimi şərh edildi. Bundan bir neçə gün sonra isə KTMT üzvü olan iki ölkə arasında üç günlük müharibə baş verdi. Bütün bunlar isə KTMT-nin dağılmağa başladığı və Rusiyanın alyansın nizamnaməsinə uyğun olaraq bu ölkələrin təhlükəsizliyini təmin edə bilmədiyini göstərir.

Bununla yanaşı, Qırğızıstan və Tacikistan arasında təsadüfən, yoxsa təxribat məqsədilə baş vermiş hərbi toqquşmanın hədəfinin birbaşa KTMT olduğunu söyləmək çətindir. Ancaq istənilən halda bu münaqişənin dərinləşməsi adıçəkilən təşkilatın daxilindəki birliyi poza, Rusiyanın regiondakı maraqlarını zəiflədə bilər. ABŞ qoşunlarının sentyabr ayından başlayaraq Əfqanıstanı tərk edəcəyini nəzərə alsaq, bölgədəki geosiyasi proseslərin gərgin və yeni mərhələyə daxil olacağı proqnozlaşdırılır. Belə ki, Əfqanıstandakı münaqişə Mərkəzi Asiyaya keçərsə, daha geniş bölgəni əhatə edəcək. Mərkəzi Asiya ölkələrinin isə hərbi cəhətdən özünümüdafiə imkanları zəifdir. Qırğızıstan 2020-ci ildə hərbi reytinqinə görə, 138 ölkə arasında 93-cü, Tacikistan 99-cu yeri tutub. Bu zaman əsas məsuliyyət Rusiyanın üzərinə düşür. Rusiyanın “Taliban”la ağır və sonu görünməyən müharibəyə girməsi SSRİ-nin Əfqanıstandakı siyasətinin təkrarlanması ilə müqayisə edilə bilər. Ona görə də Moskva NATO-nun və ABŞ-ın qonşu Əfqanıstandakı kontingentinin azaltmasından sonra terrorçuluğun yayılma təhlükəsinin yenidən aktuallaşacağından qorxur.

MDB-də xüsusi narahatlıq yaradan terrorun Əfqanıstanla həmsərhəd dövlətlərin ərazisinə sıçraması perspektividir. Tacikistan-Qırğızıstan sərhədindəki hadisələr ərəfəsində Düşənbədə KTMT-yə üzv ölkələrin müdafiə nazirlərinin zirvə görüşündə Rusianın müdafiə naziri Sergey Şoyqu Əfqanıstandakı vəziyyəti alçaldıcı adlandırıb. O bildirib ki, mümkün hərbi və digər təhdidlər adekvat cavab tələb edir. KTMT-nin Baş katibi Stanislav Zas isə belə deyib: “Amerika qoşunlarının geri çəkilməsinə başlanıb. Bu, Əfqanıstandakı və ətrafdakı bütün vəziyyət üçün əlavə risklər yaradır. Ona görə də Amerika qoşunlarının bu ərazidən çəkilməsindən sonra ortaya çıxa biləcək nəticələri həyəcanla gözləyirik”.

Hadisələrin belə cərəyan etməsi Mərkəzi Asiyada geniş münaqişə ocağının yaranması deməkdir. Bu halda Çinin Mərkəzi Asiya ölkələrindəki transmilli layihələri, investisiya şirkətlərinin fəaliyyəti təhlükə altına düşəcək. Ən əsası, Mərkəzi Asiyada qanlı müharibənin alovlanması Çinin “Bir kəmər-bir yol” layihəsinin reallaşmasını əngəlləyə bilər. Bu isə ABŞ-ın Mərkəzi Asiyadakı maraqları qarşısında ən böyük maneənin aradan qalxması deməkdir.

Cebhe.infoшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024