Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (3-05-2021, 17:20)
Qırğızıstan –Tacikistan qarşıdurmasında “Rusiya izi”... - TƏHLİL

Qırğızıstan –Tacikistan qarşıdurmasında “Rusiya izi”...
Qırğızıstan və Tacikistanın qoşunlarının sərhəddən geri çəkilməsi prosesi başa çatıb. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidməti məlumat verib. “Tərəflər dövlət sərhəd xəttindən ərazilərinə qədər əlavə qüvvə və vasitələrin çıxarılmasını başa çatdırdılar”, - deyə nazirlikdən bildirilib.
Ölkələrin qoşunları tərəfindən tutulan ərazilərin yoxlanılması üzrə müştərək komissiyanın işi davam edir. Eyni zamanda sərhəddəki vəziyyət sabit olaraq qiymətləndirilir, son bir gecə ərzində insident və ya atışma qeydə alınmayıb.

Aprelin 28-də Qırğızıstan və Tacikistan sərhədində Tacikistan tərəfinin öz ərazisi hesab etdiyi Qırğızıstanla mübahisəli “Qolovnoy” su paylama məntəqəsi rayonunda yerli sakinlər arasında münaqişə baş verib. Hər iki tərəfdəki qarşıdurmalar nəticəsində təxminən 40 nəfər ölüb, 200-dən çox adam yaralanıb. Mayın 1-də Bişkek və Düşənbə Qırğızıstan-Tacikistan sərhədində tam atəşkəs barədə razılığa gəliblər.

MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə “Sherg.az”a məsələnin mahiyyəti barədə danışdı:

“Qırğızıstan və Tacikistan arasında problem hələ 60-cı illərdə başlayıb. Bu, su problemi ilə bağlıdır. Həmin müddətin üzərindən artıq 50 il keçib. Bir çox böyük dövlətlərin, o cümlədən ABŞ-ın, Rusiyanın, Türkiyənin Mərkəzi Asiya ilə bağlı planları var. Qırğızıstan və Tacikistan isə kənar qüvvələrə qarşı mübarizə aparmaq əvəzinə, bir-biriləri ilə toqquşurlar. Proseslər birbaşa Moskvadan idarə olunur. Kreml sözügedən dövlətlərin ABŞ-la yaxınlaşmasından narahat olduğu üçün onlar arasında insident yaradır və proseslərə nəzarət edir”.

M.Əsədullazadənin fikrincə, qarşıdurma davam edəcək:

“Bir-iki aydan sonra tərəflər arasında lokal xarakterli növbəti toqquşmanın olacağını düşünürəm. Əlbəttə, bu, Mərkəzi Asiyada genişmiqyaslı savaşın başlanacağı kimi anlaşılmamalıdır. Belə olsa, böyük dövlətlər də prosesə qoşulacaq, Rusiya sülhməramlı kimi çıxış etməyə başlayacaq. Dediyim kimi, tərəflər arasında atəşkəsin imzalanmasına baxmayaraq, hər an növbəti güllə səsi eşidilə bilər”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024