Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (29-04-2021, 11:45)
Fransa Makronu devirmək istəyən generalları cəzalandırır

 Fransa Prezidenti Emmanuel Makronu ölkənin süqut edəcəyi riski ilə bağlı təhdid edən generallar Hərbi Şura qarşısına çıxarılacaqlar.
Mediatv.az xəbər verir ki, bunu Fransa ordusunun Baş Qərargah rəisi Fransua Lekuantr deyib.
“Bu generallar fərdi şəkildə Ali Hərbi Şura qarşısına çıxarılacaqlar”, – deyə o bildirib.
Qərargah rəisi prezidentə qarşı sənədə imza atanlar arasında fəaliyyətdə olan 18 hərbçinin olduğunu bildirib. Lekuantr bu müraciətin ordunun hazırkı əhval-ruhiyyəsini əks etdirmədiyini söyləyib.
Qeyd edək ki, bundan öncə Fransanın 20 ehtiyatda olan generalı Fransa Prezidenti Makronu islamizm təhdidi ilə xəbərdar edərək, lazımi tədbirlər görülməyəcəyi halda özləri tədbir görəcəklərinə dair təhdid səsləndirmişdilər. 1000-dən çox zabitin imza atdığı müraciətə Fransanın ultrasağçı Milli Cəbhə Partiyasının sədri Marin Le Pen dəstək vermişdi.шаблоны для dle 11.2

Xəbər lenti
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
5 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024