Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (27-04-2021, 17:40)
“Türkiyə regionda daha da möhkəmlənəcək" - Rusiyalı ekspert

 “ABŞ Prezidenti Co Baydenin 20-ci əsrin əvvəllərində Osmanlıda erməni soyqırımının tanınması ilə bağlı açıqlamasından sonra Türkiyə Vaşinqtonla Moskva arasında manevr siyasətinə sadiq qalacaq.” 
Mediatv.az xəbər verir ki, bu fikirləri “TASS” xəbər agentliyinə müsahibəsində Rusiya Elmlər Akademiyası Ərəb və İslam Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Boris Dolqov bildirib.
Ekspert ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi perspektivlərini də şərh edib. Dolqova görə, Türkiyə Baydenin dediklərindən sonra Rusiya ilə iş birliyinə ancaq müvəqqəti meyl göstərə bilər: “Bununla belə, bu ölkə Vaşinqtonla Moskva arasında manevr siyasətinə sadiq qalacaq. Türkiyə ABŞ və Rusiya arasında balanslaşdırma siyasətini davam etdirməklə, öz maraqlarını qoruyacaq və regionda daha da möhkəmlənəcək".
ABŞ prezidentinin “soyqırım” ifadəsini niyə işlətdiyinə dair suala cavabında Dolqov bildirib ki, bunun əsas səbəbi Türkiyəni nəzarətdə saxlamaq və onun üzünü Qərbə çevirmək istəyidir: "Türkiyənin “F-35” qırıcıları proqramından xaric edilməsi və erməni soyqırımının tanınması da məhz bu zəncirin halqalarıdır ki, bununla da ABŞ Türkiyəni razı salmağa və Qərb siyasi kursuna qaytarmağa çalışır”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024