Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (26-04-2021, 14:02)
Bəs, ABŞ xalqı nə düşünür? - Akar

 ABŞ Prezidentinin 1915-ci il hadisələri ilə bağlı “soyqırım” ifadəsini işlətməsi tarixi həqiqətləri inkar və təhrif etməkdən başqa bir şey deyil.
Mediatv.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.
O bildirib ki, belə mühitin yaranması Türkiyə-Ermənistan əlaqələri başda olmaqla, bölgədə sülhün yaranmasına mənfi təsir göstərəcəyi aydındır:
“Bölgədə sabitlik erməni lobbisi və onlardan şəxsi maraqlar üçün istifadə edən ölkələrin deyil, Türkiyə və Ermənistanın ortaq problemidir. Biz hər zaman 1915-ci il hadisələrinin siyasətçilər deyil, tarixçilər tərəfindən müzakirə olunmasının tərəfdarı olmuşuq. ABŞ da başda olmaqla, üçüncü ölkələrdən də bunu gözləmişik.
Buna baxmayaraq, ABŞ rəhbərliyi erməni lobbilərinə boyun əydi və ABŞ Milli Arxivlər və Qeydlər Agentliyində olan general Harbordun hesabatı başda olmaqla, mövcud sənədlərə məhəl qoymadı”.
Nazir qeyd edib ki, bu ifadəni işlədənlər dünya və öz tarixlərinə baxmalıdır:
“ABŞ rəhbərliyinin səbəbi etibarsızdır, çünki mövcud olmayan bir hadisənin təkrarı olmayacaq. 2020-ci ildə belə bir ifadə işlədilməmişdi. Belə qərar alınması üçün nə dəyişdi? Sağlam düşüncəli ABŞ xalqı nə düşünür? Erməni xalqını artıq təmsil etməyən lobbilərin iradəsi ilə qəbul edilən bu qərarın ağıl və əxlaq baxımdan izahı yoxdur”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024