Dünya (10-09-2014, 20:53)
Qroznı-Bakı neft kəmərinə qanunsuz qoşulma
Dağıstanda Qroznı-Bakı neft kəmərinə qanunsuz qoşulma aradan qaldırılıb.
“Mediatv.az” Azərtac-a istinadən xəbər verir ki, bu barədə “OilCapital.ru” saytı məlumat yayıb.
Qroznı-Bakı magistral neft kəmərində xətt hissəsində “Çernomortransneft” ASC-nin təhlükəsizlik xidmətinin axtarış-texniki qrupu tərəfindən aparılan yoxlama zamanı qeyri-qanuni qoşulma aşkar edilib. Kəmərə birləşmə neft kəmərinin 291-ci kilometrində, Dağıstan Respublikası, Qayakənd rayonu, Şalassi kəndindən 500 metr aralıda aşkara çıxarılıb. Kəmərə qanunsuz qoşulmuş borunun uzunluğu 170 metrdir. Boru qapaqla bağlanmış və üstü ot qarışıq torpaqla örtülmüş metal qutunun içi ilə çəkilib.
Aşkara çıxarılmış qeyri-qanuni qoşulma faktı üzrə cinayət işi qaldırılıb. Bu borunun ləğv edilməsi ətraf mühitə ziyan vurmayıb.