İqtisadiyyat (6-09-2014, 13:54)
Supsa limanından 2,2 milyon ton xam neft ixrac olunub
ARDNŞ bu ilin avqust ayında Supsa limanından 242 min 76 tonn xam neft ixrac edib
"Mediatv.az"-ın məlumatına görə, ümumilikdə yanvar-avqust ayları ərzində isə ixrac həcmi 2 milyon 29 min 456 ton, təşkil edib.
ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.
Qeyd edək ki, ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2013-cü ilin avqust ayında Supsa limanından 315 min 388 ton, ümumilikdə yanvar-avqust ayları ərzində 1 milyon 837 min 758 ton, xam neft ixrac edib.
Xam neft Supsa limanına Bakı-Supsa kəməri adlandırılan Qərb İxrac Boru Kəməri vasitəsilə nəql olunur.
Bu boru kəməri ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan neftin bir hissəsi dünya bazarına daşınır.
Qərb İxrac Boru Kəməri 1999-cu il aprelin 17-də istifadəyə verilib.
Boru kəmərinin illik ötürücülük qabiliyyəti 7 milyon tondur.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024