Dünya (29-08-2014, 22:42)
Türkiyə-Ermənistan sərhəd açılımı yenidən gündəmdə
“Ermənistanın qondarma genosid məsələsi Türkiyə ilə sərhədlərin açılması zərurətini yenidən ortaya qoyacaq”.
Bu sözləri Axar.az-a açıqlamasında Təhlükəsiz Enerji Tədqiqat Mərkəzinin rəhbəri, siyasi və beynəlxalq məsələlər üzrə ekspert Ceyhun Mahmudov ABŞ dövlət katibi Con Kerrinin regiona gözlənilən səfərini şərh edərkən deyib.Ekspertin fikrincə, Amerika rəsmisinin regiona səfəribu ilin sonuna, ya da 2015-ci ilin əvvəlinə təsadüf edəcək:
“Kerri ölkəsinin Ermənistanla münasibəti ilə yanaşı Ankaranın İrəvanla əlqələrinin tənzimlənməsi məsələsinə də böyük önəm verir. Dövlət katibi bu məsələni xüsusi olaraq diqqətdə saxlayır. Bunu Amerikanın cəhdlərindən də görmək mümkündür. Vaşinqton diplomatik əlaqələri genişləndirmək qərarındadır. ABŞ-ındövlət katibi postunu tutmazdan öncə Con Kerri Xarici Əlaqələr Komitəsində genosid məsələsində fəal rol almışdı və Ermənistanın ən böyük dəstəkçilərindən birinə çevrilmişdi. O,sözü gedən komitədə məsələni yenidən qaldıra bilər. Ərdoğanın prezident seçilməsi isə onu göstərir ki, bu məsələ gündəmdə qalacaq. Qondarma genosidin 100 illiyinin yaxınlaşması prosesi daha da gücləndirəcək. Ermənistan 2015-ci ildə məsələnin Konqresdə həllini tapacağına böyük ümid edir.Genosidin qəbul olunması yolunda atılan addımlarTürkiyə ilə böyük siyasi bazarlığa gətirib çıxara və sərhədlərin açılması zərurətini yenidən ortaya qoya bilər. İrəvan yenə də məsələnin həllində Ankarının heç bir şərt irəli sürməyəcəyinə ümid bəsləyir”.
Xatırladaq ki, Con Kerrinin regiona səfərinin müjdəsiniABŞ-ın Ermənistandakı səfiri Con Xefferenin mart ayında erməni jurnalistlərin suallarını cavablandırarkən vermişdi.