Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya / Karusel (28-08-2014, 20:44)
Poroşenkonun Türkiyə səfəri ləğv edildi

“Rusiya qoşunları Ukraynaya yeridildi”

 

Ukrayna prezidenti Petr Poroşenko Türkiyəyə işgüzar səfərini ləğv edərək Milli təhlükəsizlik və müdafiə Şurasının (MTMŞ) iclasını çağırıb.
Müvafiq bəyanat Ukrayna başçısının rəsmi saytında yerləşdirilib.
“Mən Türkiyəyə işgüzar səfərimi Rusiya qoşunlarının Ukrayna ərazisinə yeridilməsi nəticəsində Donesk vilayətində, əsasən də Amvrosiyevk və Starobeşevoda vəziyyətin kəskinləşməsi ilə əlaqədar ləğv etmək qərarına gəldim”, - Poroşenko bəyan edib.
MTMŞ iclasında dövlət başçısının qeyd etdiyi kimi, gələcək hərəkət planı müzakirə ediləcək. Kiyev, Donbasda baş verən hadisələrlə əlaqədar BMT-nin TŞ iclasının, eləcə də Avropa İttifaqı Şurasının çağırılmasına təkan verir.  
Qeyd edilir ki, Türkiyədə Poroşenkonun Türkiyə Respublikasının prezidentinin səlahiyyətlərinin icrasına başlaması ilə əlaqədar tədbirdə iki tərəfli görüşlər palnlaşdırılmışdı.
Daha öncə baş nazir Arseniy Yatsenyuk avropa əməkdaşlarını təcili olaraq Rusiyanın hərəkatı ilə əlaqədar iclas çağırmağa səsləmişdi. Hakimiyyət başçısı həmçinin Aİ Rusiyaya qarşı sanksiyalarının qeyri-effektiv olmasını qeyd edib və qərb ölkələrinə ərazilərində olan rusiya aktivlərini dondurmağı təklif edib.

 

Kiyev dəfələrlə Rusiyanı Ukraynanın şərqində separatçıları silahla təmin etməkdə ittiham edib, eləcə də rusiyalı hərbçilərin Donbasda döyüşlərdə iştirak etdiyini bəyan edib. Moskva belə ittihamları təkzib edir. Bu günlərdə Donesk vilayətində terrorizmdə ittiham edilən rusiyalı desantlar saxlanılıb. RF Müdafiə nazirliyində döyüşçülərin sərhəddə patrul olduqlarını və Ukrayna ərazisinə təsadüfən keçdikləri bəyan edilib.(lent.ru)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024