Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (8-05-2014, 15:13)
Putin yalan danışdı

Rusiya qoşunları Ukrayna ilə sərhəd ərazidən çəkilməyibmiş


Rusiyanın öz qoşunlarını Ukraynanın şərqi ilə sərhəddən geri çəkdiyinə dair heç bir dəlil-sübut yoxdur. Bunu Tiflisdə rəsmi səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq gürcü həmkarı Maya Pancikidze ilə görüşündə bəyan edib. ANS PRESS-in məlumatına görə, Heyq növbəti dəfə Rusiyanı öz qoşunlarını Ukrayna sərhədindən geri çəkməyə çağırıb.

"NATO-nun Baş katibi Rasmussenin də açıq şəkildə bəyan etdiyi kimi, biz son həftələrdə Rusiya qüvvələrinin yerləşdirildikləri ərazilərdən geri çəkilməsinə dair dəlillərə rast gəlməmişik. Ona görə də Rusiyanın şərq sərhədlərində Rusiyanın xeyli sayda qüvvələrinin qalmağa davam etdiyini hesab edirik. Təbii ki, gərginliyin azaldılması məqsədilə bu qoşunların geri çəkilməsinə çağırışlar etmişik. Ümid edirik ki, bu baş verəcək, amma hələ ki buna dair heç bir işarə görmürük", - deyə Heyq bildirib.

Britaniyalı nazir Ukraynanın şərq bölgələrində Rusiya-yönümlü separatçıların referendum keçirməyə hazırlaşmasına qarşı da çağırış edib. «Ümid edirəm ki, Donetskdə və digər regionlarda referendumlar keçirməyi planlaşdıran, lakin qanuni və ya əhəmiyyətli referendum nümayiş etdirməyə qadir olmayanlar bizim sözlərimizi nəzərə alacaq və bu referendumları keçirməyəcəklər. Onlar diqqətlərini mayın 25-də keçiriləcək prezident seçkiləri üzərində cəmləşdirməlidirlər və bu seçkilərdə bütün ukraynalılar iştirak edə bilməlidir", - Uilyam Heyq belə deyib.

Heyq Rusiyanı aprelin 17-də əldə edilmiş Cenevrə razılaşmasının şərtlərini yerinə yetirməyə və gərginliyi azaltmağa çağırmağa davam edəcəklərini də vurğulayıb. 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024