Dünya (12-08-2014, 15:12)
Obama Ərdoğanı niyə təbrik etmir?
Ərdoğana dünyanın dörd bir tərəfindən təbrik mesajları gəlsə də, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanın bu istiqamətdə hələ ki tələsmədiyi müşahidə olunur
"Mediatv.az" xəbər verir ki, dünyanın bir çox analitikləri Obamanın bu addımını siyasi ironiya adlandırırlar.
Qeyd edək ki, dünən Ağ Evdən verilən açıqlamada Obamanın keçmiş Baş nazir Ərdoğanı yeni vəzifəsində səbrsizliklə gözlədiyi və yaxın zamanlarda onu təbrik edəcəyi bildirilirdi. Amma olmadı...
Ekspertlər bu münasibəti müxtəlif aspektlərlə izah edirlər. Onların qənaətinə görə, Türkiyədə son zamanlar baş verən hadisələr, demokratiya yolunda çatların yaranması bu ölkənin təkcə ABŞ-la deyil, eləcə də beynəlxalq arenada imicinə zərər vuracaq.
30 mart seçkilərində də Obamanın Ərdoğanı təbrik etmədiyini vurğulayan ekspertlər rəsmi Ankaranın daha da ehtiyatlı davranması və daxildə baş verən proseslərdə Qərbin təzyiqinin qarşısını almaq üçün böyük islahatlara ehtiyac olduğunu qeyd edirlər.
Lakin hazırda Ərdoğan hökuməti demokratiyanı gücləndirərək bu problemləri kökündən həll etməyə çalışsa da, Kipr və İsrail məsələsində güzəştə getməyərək, Qərbin önündə müəyyən manevrlərlə ağ bayraq qaldırır. Bununla da üzərindəki təzyiqləri yüngülləşdirməyə çalışır.
Analitiklər Ərdoğan hökumətinin yeritdiyi siyasəti hazırki dünya siyasətindən çox uzaq olduğunu qeyd edirlər. Onların fikrincə, qarşıdurmaların, gərginliyin yaranmasına birbaşa rəvac verən bu siyasət Türkiyənin demokratik dünyada təklənməsinə gətirib çıxara bilər.
Bir çox ekspertlər isə Obama ilə Ərdoğanın hələ də razılığa gələ bilmədiyini deyir. Onların fikrincə, ortada İraq Suriya məsələləri var. Ərdoğanın Suriya və İraqda hesablanmış, ehtiyatlı addım atması onun bölgədə barıt çəlləyinin partlaması qorxusundan irəli gəlir.
Qeyd edək ki, Ərdoğanın kürdlərlə əlaqəni maksimum dərəcədə normallaşdırmağa çalışması və İraqda yeni kürd dövlətinin qurulmasının dolayısı ilə dəstəkləməsinin altında, əslində, bu təhlükənin Türkiyəyə siçrayacağı qorxusu var.
Suriyada vətəndaş müharibəsi başlayan dövrlərdə Türkiyə bölgədə aktiv siyasət apararaq Əsədə qarşı iri addımlarla irəliləyirdi. Lakin islam qruplaşmalarının artıq Türkiyənin qapısını döydüyünün fərqinə varan Ərdoğan bu istəyindən vaz keçdi.
Ekspertlər qeyd edir ki, Türkiyə regional dövlət statusunu almağa çalışır. İllərdir ki, Qərb tərəfindən müəyyənləşdirilən və regionda for-post rolunu oynayan Türkiyə valı dəyişmək fikrindədir. Vurğulanır ki, təbrik mesajını gecikdirilməsinin bir səbəbi də bu amil ola bilər. Həmçinin Rusiya ilə əlaqələrin genişləndirilməsi təşəbbüsü də ənənəvi müttəfiqləri üz-üzə qoya bilər.
Bu yolda Türkiyənin birinci işinin ABŞ-dan canını qurtarması olduğunu deyən analitiklər Ərdoğanın Gömrük İttifaqına “hə” deməsini təsadüfi saymırlar.
Digər iqtisadi müharibə isə Qərbin sanksiyalarını Türkiyənin zərərsizləşdirməsidir. ABŞ və Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan Rusiyanın canını qurtaran Türkiyə bu yolla Qərbdən bir addım da uzaqlaşmış olacaq.
Rusiya bazarlarini istənilən məhsulla təmin etmək iqtidarında olan Türkiyə Rusiyaya yaxınlaşmaqla bərabər, burada öz hegemonluğunu bərpa edə bilər.
Analitiklərin fikrincə, həmişə olduğu kimi, bu gün də Türkiyədə Amerikanin təsiri çox güclüdür. Bu təsir yox olmayana qədər türklərin güc mərkəzi olması reallaşmayacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024