Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (6-08-2014, 16:52)
Rusiyalı senator faciəvi şəkildə öldü

Rusiyalı senator faciəvi şəkildə öldü

 


Rusiya Federasiya Şurasının Maqadan vilayətindən olan üzvü, rusiyalı senator Vladimir Kulakov faciəvi şəkildə həlak olub.

 

Virtualaz.org saytı Rusiya nəşrlərinə istinadən xəbər verir ki, hadisə Qara dənizdə, Aluşta yaxınlığında baş verib. V.Kulakov dənizdə çimərkən bir kater tərəfindən vurulub. İti sürətlə hərəkətdə olan kater zərblə rusiyalı məmura çırpılıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin də V.Kulakovun faciəvi şəkildə ölməsi faktını təsdiqləyib.
“Şahidlərin sözlərinə görə, Kulakov dənizdə çimərkən yaxınlıqdan keçən bir kater ona çırpılıb. Bundan sonra kater sürəti artıraraq dənizin içərilərinə doğru gedib. Axtarış-xilasetmə işləri nəticəsində zərərçəkənin meyiti tapılaraq sudan çıxarılıb. Həmin şəxsin Federasiya Şurasının Maqadan vilayətindən olan üzvü Vladimir Kulakov olması faktı təsdiqlənib” - deyə İTAR-TASS V.Markindən sitat gətirir.

 

V.Markinin sözlərinə görə, rusiyalı məmurun ölümünə səbəb olan kater və onun sahibi də müəyyən ediliblər: “Katerin sahibi artıq saxlanılıb. Hal-hazırda həmin şəxsin kimliyi, katerin əslində kimə məxsus olması, ümumiyyətlə, hadisənin təfərrüatları aydınlaşdırılır”.
V.Markin onu da əlavə edib ki, Rusiya İstintaq Komitəsi RF Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb.
Senatorun ölüm faktını Rusiya Federasiya Şurasından da təsdiqləyiblər.
V.Kulakov 1948-ci il, noyabrın 2-də anadan olmuşdu. O, senator vəzifəsi ilə yanaşı Federasiya Şurasının Reqlament və parlament fəaliyyətinin təşkili Komitəsinin sədrinin birinci müavini idi. Rusiya Hərb Elmləri Akademiyasının həqiqi üzvü olan hərb elmləri doktoru V.Kulakov bir çox dövlət mükafatlarına da layiq görülmüşdü.
Qeyd edək ki, V.Kulakovu Azərbaycanla xüsusi münasibətlər bağlayırdı. O, Rusiyada yaşayan azərbaycanlı iş adamı və mesenat, Rusiya Senatının keçmiş üzvü Fərhad Əhmədovun yaxın dostu idi. Onunla birlikdə bir neçə dəfə Azərbaycana gəlmişdi. Obyektiv mövqeli siyasətçi olan V.Kulakov həm də F.Əhmədovla şəxsi dostluq münasibətlərinə görə beynəlxalq tədbirlərdə Azərbaycanın mövqeyini həmişə müdafiə edib.
Fərhad Əhmədov
F.Əhmədov da V.Kulakovun ölümündən təəssüfünü ifadə edib. İş adamı mərhum dostunu “əsl vətənpərvər, peşəkar hərbçi, müdrik siyasətçi, gözəl dost və yaxşı adam” kimi qiymətləndirib, ölümündən kədərləndiyini ifadə edib. Bildirib ki, V.Kulakov Rusiya-Azərbaycan Parlamentlərarası Komissiyanın üzvü kimi Samur çayının suyunun bölüşdürülməsi probleminin həllinə, həmçinin Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılması işinə böyük töhfə verib. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024