Dünya (22-05-2014, 13:29)
“Sizdə pomidor əkmək daha yaxşı alınar, nəinki…”
Ermənistan parlamentində hökumət proqramının müzakirəsi zamanı qalmaqal baş verib
Mediatv.az – ın erməni mediasına istinadən verdiyi məlumata görə, qalmaqala səbəb müxalif Ermənistan Milli Konqresi parlament fraksiyasından olan deputat Nikola Paşinyanın çıxışı olub.
N.Paşinyan çıxışında məmurların əmlakından danışıb. Maliyyə naziri Qaqik Xaçaturyanın şəxsi biznesinin olmadığı barədə açıqlamasına toxunan müxalif deputat nazirin sahib olduğu şirkətlərin adlarını sadalayıb: “Yukom” şirkətini Qaqik Xaçtaryanın adı ilə bağlasalar da, o şirkətin əmisi oğluna aid olduğunu iddia edir. Amma bu belə deyil. Daha bir şirkət var ki, bu da Qaqik Xaçaturyanındır. Bu şirkət kassa aparatları üçün kağızın çatdırılmasında inhisarçı mövqeyə malikdir. Baş nazir Ovik Abramyan bir vaxtlar deyirdi ki, Nikol Paşinyan hətta öz ailəsini saxlaya bilmir. Bəli, Ermənistanda indi çox az adam öz ailəsini saxlaya bilir. Ermənistanda 200 min ailə yoxsulluq həddində yaşayır”.
“Qaqik Xaçaturyanın nə qədər pulu var? Yaxşı ki, o, 5 milyon dollarının olduğunu bəyan etdi. Amma onda bu qədər pul haradandır? Bu korrupsiyadır”, - Paşinyan deyib.
Deputat həmçinin bildirib ki, baş nazir Ovik Abramyan da yüksək vəzifələrdə olmasından istifadə edərək minlərlə hektar torpaq sahəsinə, yanacaq doldurma məntəqələri, turizm obyektləri və İrəvanda mənzillərə yiyələnib.
O, ölkə iqtisadiyyatının iflas həddində, əhalinin 32 faizinin yoxsulluq həddində olduğunu deyib. N.Paşinyan baş nazir Ovik Abramyan əkinçiliklə məşğul olduğunu xatırladaraq ona pomidor yetişdirməyi məsələhət görüb: “Pomidor yetişdirmək sizdə daha yaxşı alınar, nəinki dövlətin idarə edilməsi”.
N.Paşinyan həmçinin spiker Qalust Saakyana da dəcəllik etməməyi məsləhət gördü: “Əgər siz pəltəksinizsə, söz axtarmaq sizin üçün çətindirsə, o halda bura parlament deyil, uşaq baxçasıdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024