Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (17-05-2014, 21:01)
Dəmiryolu nəqliyyatı iflas həddində- Minlərlə vaqon yoxa çıxıb

Dəmiryolu nəqliyyatı iflas həddində- Minlərlə vaqon yoxa çıxıb

 

“Respublikanın dəmir yollarında acınacaqlı vəziyyət hökm sürür. 1990-cı illə müqayisədə dəmir yolları ilə yük dövriyyəsi 37 milyard ton/km-dən 8 milyard ton/km-ə qədər düşüb. 29 milyard azalma var. Daşınan yüklərin həcmi 141 milyon tondan 29 milyon tona enib. Azalma 112 milyon ton və ya 5 dəfəyə yaxındır. İnkişafın buralarda izi-tozu görünmür”. 

 

“Mediatv.az” bizimyolinfo.com-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Nemət Əliyev sosial şəbəkədə paylaıb. Azalmanın səbəbini şərh edən iqtisadçı bunu bir neçə amillə əlaqələndirir: “Birincisi, qeyri-neft sektorunun inkişafdan qalması ilə əlaqədardır. İkincisi qeyri neft malları üzrə xarici bazarlarda mövqelərimizin itirilməsi ilə, üçüncüsü isə uçotdan yayınma ilə bağlıdır. Yükü, yəni malı, əmtəəni əvvəlcə istehsal etmək lazımdır ki, daşımağa bir şey olsun. İstehsalın həcmi xeyli azalıb. Misal üçün, emal sənayesi üzrə istehsalın səviyyəsi 1990-cı ildə istehsal olunan həcmin 50 faizi qədərdir. Deməli, daşınan yüklərin həcmi də azalmış olur. Odur ki, rəsmi dairələrin “anoloqu olmayan inkişaf” haqqındakı gurultulu açıqlamalarına inanan azdır”.N.Əliyevə görə, dəmiryol nəqliyyatına yatırılan milyonlar üzə çıxmır, “batır”: “Yalnız dəmir yollarına 2000-2007-ci illərdə 87,7 milyon manat, 2008-2010-illərdə isə daha 19,5 milyon manat sərmayə qoyulub. Üst-üstə 107,2 milyon manat kapital yatırılıb. Lakin, burada yükdaşımaların səviyyəsi 2012-ci ildə 7 milyon tondan çox azalıb (2006-cı illə müqayisədə 23,5% enmə olub). Yerli əlaqələr 33 faiz, ölkələrarası əlaqələr 20 faiz zəifləyib. Görülən işlərin həcmi 2,8 mlrd ton/km azalıb. 2008, 2009, 2010-cu illərdə dəmir yollarında yük daşıma fəaliyyətindən mənfəət götürmək mümkün olmayıb. Mənfəət bir yana qalsın, ziyanın qarşısını kəsmək müşkülə çevrilib. 42 milyon 109 min manat zərər dəyib. Bəs, kapital kimi yatırılan milyonlarla pullar nə üçün zərər verib? Olmaya əlavə vaqonlar, yük konteynerləri alınıb? Heç oxşamır. Təsdiq olunan məlumatlara görə, 1995-ci ildən sonrakı dövrdə yük vaqonlarının sayı 11 min 313 ədəd, konteynerlərin sayı 13 min 676 ədəd azalıb. Sərnişin vaqonlarının sayı da düşüb. Yoxa çıxan vaqonların və konteynerlərin yeri boş qalıb. Bu cür izaholunmaz ziddiyyətlərə gətirib çıxaran vəzifəlilərin kimliyi, məsuliyyəti müəyyən olunubmu? Hesablama Palatasının, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin Azərbaycan Dəmir Yollarında baş verənlərə münasibətindən xəbər tutan varmı?”

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024