Dünya (12-04-2014, 17:45)
Putin Ermənistanın yeni baş nazirini təyin edib
Ermənistan prezidenti Serj Sərkisyan ölkənin baş naziri postuna namizədini müəyyən edib
Lent.az-ın məlumatına görə, bu barədə “Jamanak” qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.
Yazıda bildirilir: “Aydındır ki, bu, parlamentin spikeri Ovik Abramyan deyil. Ermənistanın hakim Respublika Partiyasının son iclasının ardından onun adı çəkilməyib və siyasi qüvvələrlə məsləhətləşmələr də təsdiqləyir ki, Abramyan daha baş nazir postuna namizəd deyil”.
Mənbənin sözlərinə görə, Sərkisyan seçimini Karen Karapetyan üzərində edib. Aprelin 13-də günün ikinci yarısında məhz onun adı açıqlanacaq.
Belə qənaətə gəlinib ki, Karapetyan Rusiya üçün münasib namizəddir. Çünki onun gəlişindən sonra Rusiya tərəfinin diqtəsi ilə Ermənistanın Gömrük İttifaqına daxil olma prosesi uğurla başa çatdırılacaq. Bundan başqa həmin namizəd heç bir partiyanın üzvü deyil. Bunu Tiqran Sərkisyanın baş nazir postunu tərk etməsindən sonra deputat Eduard Şarmazanovun “Növbəti baş nazir hakim partiyanın təmsilçisi ola bilməz” açıqlaması da təsdiqləyir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024